Ölkə futbolu
Tofiq Bəhramovun qalmaqallı qərarı yenidən müzakirəyə çıxarıldı – FOTO
DÇ-1966-cı finalında keçirilmiş İngiltərə – AFR (A…
DÇ-1966-cı finalında keçirilmiş İngiltərə – AFR (Almaniya Federativ Respublikası) matçında azərbaycanlı hakim Tofiq Bəhramovun verdiyi qalmaqallı qərar yenidən müzakirəyə çıxarılıb. Futbolinfo.az xəbər verir ki, “Sky Sport” telekanalında yayımlanan verilişidə ekspert kimi “Liverpul”un sabiq futbolçusu Ceymi Karrager və kanal əməkdaşı Ed Çemberlin iştirak ediblər.
Müasir texnologiya vasitəsilə topun qapı xəttini keçib-keçmədiyi müəyyənləşdirilib və burda həmyerlimiz Tofiq Bəhramov haqlı çıxıb.
Ceymi Karragger də bu məsələ ilə bağlı fikirlərini bildirib: “Göründüyü kimi azərbaycanlı laysman Tofiq Bəhramov haqlıdır. Top qapı xəttini keçib. Almanlar artıq şikayət edə bilməzlər”.
Qeyd edək ki, 50 il əvvəl keçirilmiş matçda İngiltərə yığması almanları 4:2 hesabı ilə məğlub edərək, dünya çempionu olub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib