Bizi izləyin

Ölkə futbolu

“Topaz”da maya vergisi

Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlar gəlir…

blank
Azərbaycanda idman mərc oyunlarından əldə edilən uduşlar gəlir vergisinə cəlb olunmağa başlayıb. Futbolinfo.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2015-ci il 20 oktyabr tarixli qanunda əksini tapıb.
Bu ildən etibarən “Topaz”da udan vətəndaşlar 10 faiz vergi ödəyəcəklər. Maraqlıdı ki, adı “gəlir vergisi” qoyulsa da, vətəndaşlar udduqları vəsaitin deyil, yatırılan məbləğlə uduşun cəminin 10 faizini ödəyir.
Bunu misalla izah edək. Deyək ki, hansısa vətəndaş meydan sahibinin qalib gələcəyinə inanaraq, 1,20 əmsalına 1000 manat yatırım edib. Onun təxmini özünü doğruldub və oyunçu yatırdığı vəsaitin 20 faizi həcmində gəlir əldə edib. Yəni, onun gəliri 200 manat təşkil edib. Bunun da 10 faizi 20 manat edir. Amma Vergilər Nazirliyi ümumi məbləğin 10 faizini tutur. Yəni, 1200 manatdan 120-ni vətəndaşın əlindən alırlar. Deməli, 1000 manatını riskə atan vətəndaş yekunda 80 manat gəlirlə qalır.
Hələ bu, harasıdı? Bəs uduş əmsalı 1,10 olsa necə? Təsəvvür edirsiniz, “stavka”sı udan insan pulunu aldıqda mənfi saldoya məruz qalacaq!? Yəni, 1000 manat yatırım edən şəxs 1100 manatla evə qayıtmaq əvəzinə, 110 manat vergi ödəyib, yekunda 990 manatla qalacaq. Təsəvvür edirsiniz, insan guya udub, əslində isə udduğu məbləğin üstünə 10 manat da qoyub, vergi ödəyir! Yekunda 1000 manat pul qoyub, guya udan vətəndaş 990 manatını geri aldığına görə “sevinir”.
Daha bir məqama diqqət yetirmək gərəkdi. Deyək ki, həmin vətəndaş 1200 manat maaş alır və vergi kimi 200 manat ödəyib. Bu, onun gəlir vergisi idi. İndi Vergilər Nazirliyi qalan məbləğin daha bir “gəlir vergisi”ni istəyir. Əlbəttə, bu, qeyri-qanunidi!
Məsələyə münasibət öyrənmək üçün Vergilər Nazirliyinin “Qaynar xətt”i ilə əlaqə saxladıq. Yuxarıdakı qeydlərimizi həmsöhbətimizə izah etdik. O da öz növbəsində dediklərimizi təsdiqlədi: “Bəli, bu, gəlir vergisidi. Qeyd etdiyiniz 1000 manatlıq misala gəlincə, biz ümumi uduşu 1100 manat kimi hesablayırıq. Əlbəttə, mənim cavabım sizi qane etməyə bilər. Zəhmət olmasa, yazılı şəkildə nazirliyə müraciət edin. Düşünürəm ki, daha müfəssəl cavab alarsınız”.
Heç kim “ayranına turş deməz”. Ancaq fakt budu ki, nazirlik təmsilçisi nə dediyimizi gözəl anlasa da, gəlirin 100 manat kimi deyil, 1100 manat kimi hesablandığını söylədi. Amma bununla faktiki olaraq, “Topaz”ın evini yıxdı. Niyə? Çünki bu hesablamaları tək biz aparmırıq. Pul yatıran insan da “gəlir-çıxar”ını görür və indi innovasiya texnologiyaları ilə az-çox tanış olan insan internetdə özünə hesab açır və əcnəbi bukmeker kontorlarına yatırım edir. Belədə, onlardan faiz tutan da olmur, verilən əmsallar da “Topaz”dakından xeyli üstün olur. Bunu bacarmayanlar isə, “qara bazar”a üz tutacaq. Hər halda, orada da əmsallar “Topaz”ı kölgədə qoyur. 10 faizlik “gəlir vergisi”ndən isə söhbət belə getmir. Üstəlik, nəzərə almaq lazımdı ki, bir məbləğdən iki dəfə vergi tutmaq olmaz! “Topaz” gəlir vergisi ödəyir. Bu şirkətin gəliri sırf vətəndaşların uduzduqları pullardan əmələ gəlir. Ancaq “Topaz”ın “net debet”i (təmiz gəliri) həmin vətəndaşların uduşları ödəndikdən sonra hesablanır.
Və yenə də “analoqu olmayan”… Dünya praktikasında bu cür hala rast gəlmək mümkün deyil. Əksinə, bukmeker kontorları oyunçulara müxtəlif şirnikləndirici lotereyalar təşkil edirlər. Məsələn, ay ərzində 10 min dollarlıq dövriyyə edən oyunçuya müəyyən faiz geri qaytarılır. Bizdə isə… Axı, “analoqu olmayan”ıq.
Məsələylə bağlı “Topaz”ın da mövqeyini öyrənməyə çalışdıq. Danışdıq, rəsmi sorğu istədilər göndərdik. Cavabı hələ də gözləyirik…
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-01 15:37

Gürcü boksçu: “Rusiyalı boksçuya uduzmağım üçün böyük pul təklif edildi”

blank
Ölkə futbolu2024-05-01 15:20

Klublar Komitəsi bu gün toplanır

blank
Digər idman növləri2024-05-01 15:07

“Ferrari”nin direktoru ən böyük transfer üçün Londona yola düşdü

blank
Digər idman növləri2024-05-01 14:38

“Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq”

blank
Digər idman növləri2024-05-01 14:19

Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

blank
Dünya futbolu2024-05-01 14:00

Keyn ÇL-də yeni nailiyyətə imza atdı

blank
Digər idman növləri2024-05-01 13:42

“Prezident Kuboku 2024”-ün açılış mərasimi keçirilib

blank
Digər idman növləri2024-05-01 13:24

Tamaşaçı sayını 100 min səhv elan etdilər

blank
Dünya futbolu2024-05-01 13:09

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

blank
Ölkə futbolu2024-05-01 12:50

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
Digər idman növləri2024-05-01 12:32

Belqradda dramatik oyun, “Barselona” isə yenidən öndə

blank
Digər idman növləri2024-05-01 12:15

Seriyalarda vəziyyət gərginləşdi

blank
Dünya futbolu2024-05-01 12:00

Krivotsyukun komandası evdə xal itirdi

blank
Digər idman növləri2024-05-01 11:43

Bu gün pley-off mərhələsinin növbəti oyunu keçiriləcək

blank
I Liqa2024-05-01 11:25

I Liqada 24-cü turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-05-01 11:10

Əfsanənin doğma publika qarşısında son oyunu

blank
Ölkə futbolu2024-05-01 10:55

Milli komandamızdan 1 məğlubiyyət, 1 qələbə

blank
Dünya futbolu2024-05-01 10:38

Modriç “Real”ın ən qocası oldu

blank
Dünya futbolu2024-05-01 10:20

Ançelottidən heç-heçə şərhi

blank
Müsahibə2024-05-01 10:02

Vadim “Araz-Naxçıvan”ı fərqləndirir: “Psixoloji cəhətdən axsayırdıq”

blank
Dünya futbolu2024-05-01 09:45

Vinisius ən yaxşı seçildi

blank
Dünya futbolu2024-05-01 09:27

Növbəti yarımfinal – yenə Almaniyada

blank
Ölkə futbolu2024-05-01 09:10

Şeydayevə vərəqə xəbərdarlığı

blank
Ölkə futbolu2024-05-01 08:52

“Yurqorden”in ən uğursuzları

blank
Digər idman növləri2024-05-01 08:34

“Red Bull” dağılma ərəfəsində

blank
Ölkə futbolu2024-05-01 08:17

“Qarabağ”a vurulan 3 qol ən dəyərlilər siyahısında

blank
Ölkə futbolu2024-05-01 08:00

“Qəbələ” bütün legionerlərlə vidalaşacaq

blank
Dünya futbolu2024-05-01 00:57

ÇL: “Bayern” və “Real”dan ilk oyunda məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm