Ölkə futbolu
"AZAL Arena"da təmir işləri davam edir – FOTO
Dövrələrarası fasilədən istifadə edən AZAL rəhbərliyi st…
Dövrələrarası fasilədən istifadə edən AZAL rəhbərliyi stadionun ot örtüyünün yenilənməsi üçün işlərə start verib. Futbolinfo.az xəbər verir ki, ötən ilin dekabrın 25-də işlərə başlayan türkiyəli mütəxəssislər tərtib olunan iş qrafikinə uygun olaraq bayram günlərində də çalışmalarını davam etdiriblər.
Artıq “AZAL Arena”nın süni ötrüklü meydançasında işlərin birinci mərhələsinə yekun vurulub. Bu müddət ərzində meydançadan keyfiyyətdən düşmüş 25 tona yaxın rezin dənəciklər çıxarılıb. Türkiyənin “Nurteks” şirkətinin əməkdaşı Hasan Saylının rəhbərlik etdiyi işçi qrupu sabahdan etibarən yeni rezin dənəciklərin səpilməsi ilə məşğul olacaq. Yanvarın 8-də isə AZAL əsas heyəti yeni meydançada ilk məşqini keçirə biləcək.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”