Ölkə futbolu
"Xəzər Lənkəran"dan daha bir şikayət: 40 min dollar ödənməlidi
Borclu olduğu bir neçə futbolçuya görə FİFA-nı…
Borclu olduğu bir neçə futbolçuya görə FİFA-nın sanksiyasına məruz qalan “Xəzər Lənkəran”da problemlər bitmir. Futbolinfo.az xəbər verir ki, Con Toşakın gedişindən sonra komandadan göndərilən ispaniyalı müdafiəçi Alvaro Silva da Cənub təmsilçisindən ali futbol qurumuna şikayət edib və təşkilat məsələni oyunçunun xeyrinə həll edib.
Bu barədə futbolçu özü "Qafqazinfo"ya açıqlamasında bildirib: “Xəzər Lənkəran”ın mənə borcu var idi. Vermədilər və FİFA-ya şikayət etdim. 1 il öncə verdiyim şikayət ali futbol qurumu tərəfindən mənim leyhimə həll olundu. Hazırda onların qərarına görə “Xəzər Lənkəran” mənə 40 min dollar ödəməlidir. Amma yenə də xəbər yoxdur”.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”