Ölkə futbolu
Hakan Çalhanoğlu onu tanımadı
Türkiyə millsinin futbolçusu Hakan Çalhanoğlu kur…
Türkiyə millsinin futbolçusu Hakan Çalhanoğlu kuryoz vəziyyətlə üzləşib. Futbolinfo.az xəbər verir ki, Almaniyanın “Bayer" (Leverkuzen) klubunun formasını geyən futbolçu onunla görüşmək istəyən məşhur türk motosikletçi Kənan Sofuolunu tanımayıb.
Belə ki, Almaniyanın Köln şəhərində olan Sofuğlu Çalhanoğlunun nömrəsinə mesaj yazaraq, onunla tanış olmaq istəyib. Futbolçu isə onu tanımadığını və nömrəsini hardan tapdığını soruşub. Bu dialoqdan sonra motosikletçi Türkiyə milli komandasının da şərəfin qoruyan oyunçu ilə yazışmasını sosial şəbəkələrdə paylaşıb və etirazını bildirib: “Hakan Çalhanoğlu, məni tanıyıb-tanımamağın vacib deyil, amma səni sevən birinə bu cür cavab verməyin sənə yaraşmadı. Sənin nömrən gizlidisə, bizim nömrəmiz daha da gizlidi. Amma bizimlə əlaqə qura bilən kiməsə heç vaxt belə cavab vermədik. Yaraşmadı”.
Qeyd edək ki, Kənan Sofuoğlu Türkiyə adına müxtəlif beynəlxalq yarışlarda, qran-prilərdə qalib gəlib.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”