Ölkə futbolu
AZAL-da aylıq 10 min manat büdcə?
Qış fasiləsində AZAL-da işlərin qaydaya düşəcəyi bildiri…
Qış fasiləsində AZAL-da işlərin qaydaya düşəcəyi bildirilsə də, deyəsən, vəziyyət pisdi. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, “təyyarəçilər”in maliyyə durumu daha da ağırlaşıb.
Belə ki, AZAL-ın eyniadlı sponsoru komandaya aylıq cəmi 10 min manat ayırmaq fikrindədi. Bu qərar komandanın daxili iclasından sonra açıqlanıb. Himayədarlar klub rəsmilərinə deyib ki, “gedin, necə yaşayırsınızsa, yaşayın”.
Bu vəziyyətdən sonra isə klubda çalışanlar işdən çıxmağa hazırlaşır. Ayrılan büdcə ilə isə komanda 2-ci dövrəyə başlaya bilməz. Belə olan təqdirdə rəhbərlik ən yaxşı halda AFFA-nın səxavətinə bel bağlaya bilər. Ümumiyyətlə, bu cür komandalarda minumum aylıq maaş büdcəsi 40, digər xərclər isə 10 min manat civarında olur. Əgər deyilənlər həqiqətə uyğundusa, AZAL bu məbləğlə çox da uzağa gedə bilməyəcək.
Maraqlıdı ki, klubun mətbuat katibi Eldəniz Yusifov deyilənləri təkzib edir: “Hər hansı iclas olmayıb. Vəziyyətin pisləşməsindən söhbət gedə bilməz. Əksinə, rəhbərlik vəziyyəti nisbətən yaxşılaşdırmağa çalışır”.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”