Ölkə futbolu
"İnter" Çexiya və Qazaxıstan klubu ilə gücünü sınayacaq
Hazırda Türkiyənin Antaliya şəhərində təlim-məşq toplan?…
Hazırda Türkiyənin Antaliya şəhərində təlim-məşq toplanışı keçən “İnter”in yoxlama görüşündə Almaniya 3-cü Bundesliqa təmsilçisi “Verder II” ilə üz-üzə gələcəyi haqda yazmışdıq. Futbolinfo.az xəbər verir ki, bakılıların qarşılaşacağı daha 2 komandanın kimliyinə aydınlıq gəlib.
Belə ki, “bankirlər” yanvarın 19-da Çexiyanın “Slovan” (Liberets) klubu ilə qarşılaşacaq. Digər görüş isə bundan 4 gün sonra – ayın 23-də Qazaxıstanın “Atırau” klubuna qarşı olacaq. Digər rəqibin kimliyinə isə hələ ki, aydınlıq gəlməyib. Bu görüş isə 15-16 yanvar tarixlərindən birində baş tutacaq.
Qeyd edək ki, yanvarın 4-də Antaliyaya yollanan "İnter" Belek bölgəsindəki “Rüya Kaya” mehmanxanasında məskunlaşıb. Paytaxt təmsilçisi ayın 23-də hazırlıqlarını başa vuraraq, vətənə qayıdacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?