Ölkə futbolu
Tərlan Əhmədov fotoqraf oldu
Dekabrın 21-dən etibarən istirahətə yollanan AZAL ötən g&…
Dekabrın 21-dən etibarən istirahətə yollanan AZAL ötən gün hazırlıga start verib. Futbolinfo.az xəbər verir ki, əsasən fiziki hazırlıga üstünlük verəcək baş məşqçi Tərlan Əhmədov yetirmələrini dəniz kənarında məşq etdirəcək. Yanvarın 8-dən etibarən isə məşqlər hazırda təmirə bağlanan “AZAL Arena”da keçiriləcək.
Klub saytında yer alan həmin məşqin fotolarında isə bəzi məqamlar diqqətdən yayınmadı. Belə ki, komanda üzvlərinin xeylisi "Neftçi" və milli komandamızın formasında məşq edir. Halbuki, peşəkar klub buna yol verməməlidi.
Ən maraqlısı da odur ki, sən demə, məşqdən fotoreportajı komandanın fotoqrafı deyil, baş məşqçisi Tərlan Əhmədov hazırlayırmış. Çalışdırıcının bu "gizli iş"ini idman zalındakı güzgü aşkara çıxarıb. Deyəsən, Əhmədov futbolçularının şəklini çəkərkən bilməyərəkdən özünü də "fotolayıb".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”