Dünya futbolu
Türkiyə Kubokunda 1/4 final mərhələsinin cütləri bəllidi
Türkiyə Kubokunda 1/4 final mərhələsinin cütlüklər…
Türkiyə Kubokunda 1/4 final mərhələsinin cütlükləri məlum olub. Futbolinfo.az xəbər verir ki, sözügedən turnirin püşkü bu gün atılıb.
Türkiyə Futbol Federasiyasının binasında təşkil olunan tədbirdə yoluna davam edən yeganə aşağı liqa təmsilçisi “Amedspor” “Fənərbaxça” ilə qarşılaşacaq. 1/8 finalda “Trabzonspor”u mübarizədən kənarlaşdıran “Akhisar” isə bu dəfə “Qalatasaray”a rəqib olub.
İki görüşdən ibarət olacaq 1/4 final mərhələsinin matçları fevralın 9-11-də və martın 1-3-də oynanılacaq.
Həmçinin yarımfinal mərhələsinin də püşkü atılıb. “Beşiktaş” və “Fənərbaxça” mərhələ adlasalar, yarımfinalda üz-üzə gələcəklər. Yəni prinsipial rəqiblər “Fənərbaxça” ilə “Qalatasaray” yalnız finalda qarşılaşa bilərlər. Bu mərhələnin görüşləri isə 19-21 aprel və 10-12 may tarixlərində keçiriləcək.
1/4 final mərhələsinin cütləri
“Beşiktaş” – “Konyaspor”
“Amedspor” – “Fənərbaxça”
“Amedspor” – “Fənərbaxça”
“Akhisar BB” – “Qalatasaray”
“Başakşəhər” – “Rizəspor”
“Başakşəhər” – “Rizəspor”