Dünya futbolu
"Bavariya"nın legioneri əməliyyat olundu
“Bavariya”nın ispaniyalı futbolçusu Xavi Martinez…
“Bavariya”nın ispaniyalı futbolçusu Xavi Martinez əməliyyat olunub. Futbolinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ötən gün bıçaq altına yatıb.
Klub saytından yayılan məlumata görə, sol dizindən əməliyyat olunan oyunçu bir ay yaşıl meydandan kənarda qalacaq. Bununla da, futbolçu artıq zədədən qurtulub. O, bərpa prosesindən sonra yaşıl meydana dönəcək.
Qeyd edək ki, İspaniya millisinin üzvü 2012-ci ildə ölkəsinin "Atletik" (Bilbao) klubundan Almaniya nəhənginə keçmişdi.