Ölkə futbolu
Elnur Cəfərov qayıtdı: "Məsələ bu həftənin sonuna kimi həll olunmalıdı"
“Xəzər Lənkəran”ın futbolçusu Elnur Cəfərovu…
“Xəzər Lənkəran”ın futbolçusu Elnur Cəfərovun İspaniya sequndasında mübarizə aparan “Ovyedo”da baxışda olduğunu xəbər vermişdik. Onun La Liqanın 3 dəfə bürünc mükafatçısı olmuş, hazırda isə sequndada üçüncü pillədə qərarlaşan komandanın məşqçilər korpusu tərəfindən bəyənilib-bəyənilməyəcəyi, “mavilərin” baş məşqçisi Serxio Egeanın qərarı futbol ictimaiyyəti, media tərəfindən səbirsizliklə gözlənilirdi. Bir neçə gn əvvəl müsahibə verən Elnurun babası Rahib Cəfərov nəvəsinin Pireney yarmadasına yollanandan sonra evlə 2 dəfə əlaqə saxladığını, işlərinin qaydasında olduğunu bildirmişdi.
Futbolinfo.az xəbər verir ki, srağagün gecə isə artıq Elnur qayıdıb. Ancaq yenidən Ovyedoya dönmək ümidi ilə. Lənkərandakı evlərinə telefon açıldığında dəstəyi qaldıran futbolçu "Futbol+" qəzetinə söhbətdə İspaniya səfərinin təəssüratlarını bölüşdü: “Məni orada gözlədiyimdən də isti qarşıladılar. “Ovyedo” Sequndada mübarizə aparmasına baxmayaraq, çox səviyyəli komandadı. Heyətində usta futbolçular yer alıb. Məşq prosesləri də fərqlidi. Bir sözlə, daha yüksəyə qalxmaq, futbolçu kimi “artlrmaq” üçün münasib komandadı. Transfer məsələsinə gəlincə, bu həftənin sonuna kimi həll olunmalıdı. “Ovyedo” rəhbərliyi keçidim üçün “Xəzər Lənkəran”a məktub ünvanlayacaq. Hər iki klubun rəhbərliyi arasında razılıq əldə olunandan sonra “Ovyedo” ilə müqavilə bağlayacam. Bu da o deməkdi ki, baxışda olduğum müddətdə ümidləri doğrultdum, məşqçilər korpusu məndən razı qaldı. Ovyedoda oteldə qalırdım. Dillə bağlı müəyyən çətinlik olsa da, futbolun dili birdi. Məşqlərdə çalışdırıcının verdiyi tapşırıqları yerinə yetirməkdə problem olmadı. Şəhər qədim tarixə malikdi, çoxlu gəzməli-görməli yerləri, tarixi abidələri var. Düzdü, orda olduğum müddətdə şəhəri çox gəzməyə imkanım olmasa da, Ovyedonu bəyəndim. Ümid edirəm ki, tezliklə yenidən oraya qayıdacam”.
Xatırladaq ki, “Xəzər Lənkəran” rəhbərliyi Elnura 50 min manat transfer haqqı qoyub. Bu məbləği ödəyən klub onunla müqavilə bağlaya bilər. Bəs görəsən, “Ovyedo” rəhbərliyi futbolçunun müqavilə ilə məxsus olduğu kluba tələb olunan məbləği ödəyəcək? Cəfərovun məsələyə reaksiyası belə oldu: “İnanıram ki, “Xəzər Lənkəran” rəhbərliyi transferimə problem yaratmayacaq. Özləri də demişdilər ki, Avropaya yollanacğın halda qarşında “yaşıl işıq” yandıracağıq. Bir də yəqin ki, AFFA rəhbərliyi də keçidimə yardımçı olar. Hər halda İspaniyada oynamağım ölkəmizin də adına reklamdı. Məndə olan məlumat görə, hər şey xoş sonluqla başa çatmalıdı”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”