Ölkə futbolu
Çingiz Abdullayev İcraiyyə Komitəsində olmayacaq!
AFFA-nın martın 11-də keçiriləcək Hesabat-Seçki Kon…
AFFA-nın martın 11-də keçiriləcək Hesabat-Seçki Konfransında İcraiyyə Komitəsinin yeni tərkibi açıqlanmalıdı. Nizamnaməyə görə, qurumun üzvləri tədbirə 15 gün qalmışadək öz namizədlərini müəyyənləşdirib siyahını baş katibliyə göndərməlidi. Deməli, bu gün bütün namizədlərin adı bəlli olmalıdı.
AFFA hələ ki, namizədlərin adını elan etməyə tələsmir. Bu isə heç də yalnız vaxtın bitməsinə müəyyən zaman qalması ilə bağlı deyil. İş ondadı ki, bəzi namizədlərlə bağlı dəqiqləşdirmələr aparılır. Məsələn, Mirkamil Rəhimovu əvəz edəcək şəxslə bağlı fikir ayrılığı var.
Ən qəliz vəziyyət isə “Neftçi”dədi. Rauf Əliyevin namizədliyini irəli sürməkdən imtina edən paytaxt klubu onu yeni isimlə əvəzləyib. Amma bu, Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyil. Görünür, bir sıra müsahibələrində dediklərini “redaktə etməməsi” onun seçilməsinin məsləhət bilinməməsinə səbəb olub.
“Neftçi”nin namizədi isə futbol sahəsində tanıdığımız biridi. Adını dəqiqləşdirə bilməsək də, onun klubla heç bir bağlılığının olmadığını, amma futbol sahəsində çox fəal biri olduğunu öyrəndik. Yəqin ki, bu axşam və ya sabah səhər sizə konkret adı da təqdm edəcəyik.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?