Premyer-liqa
"Kəpəz"də ciddi itkilər
Topaz Premyer Liqasının XXIII turunda fevralın 27-də Gəncədə &l…
Topaz Premyer Liqasının XXIII turunda fevralın 27-də Gəncədə “Sumqayıt”ı qəbul edəcək “Kəpəz” qarşıdakı oyunla bağlı Bakı hazırlığını yekunlaşdırıb. Futbolinfo.az xəbər verir ki, dünən paytaxtda sonuncu məşqini keçirən komanda bu gün Nizami yurduna gələcək.
“Sarı-göylər”in “Sumqayıt” görüşü öncəsi sonuncu hazırlığı matçın keçiriləcəyi şəhər stadionunda olacaq. Məşq saat 16:00-a təyin olunub. Hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olacaq.
Qeyd edək ki, “Kəpəz”in Bakı hazırlığı itkilərlə keçib. Belə ki, Orxan Əliyev, Xəzər Qəribov, Budaq Nəsirov, Junior Osvaldo zədə, Tərlan Quliyev isə qripə yoluxduğundan məşqləri buraxmaq məcburiyyətində qalıb. Adı çəkilən ilk iki futbolçunun qarşıdakı ev oyununda meydana çıxmayacağı dəqiqdir. Quliyev isə tam sağalıb və səhhətində heç bir problem yoxdur. Nəsirovla Osvaldo Gəncəyə gəlsə də, onların oynayıb-oynamayacağı matç günü bilinəcək. Tibb personalı hər iki yarımmüdafiəçini hazır vəziyyətə gətirmək üçün səylərini davam etdirir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub