Ölkə futbolu
Xocalı soyqırımından 24 il ötür
Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı…
Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı xalqımıza qarşı törədilən Xocalı faciəsindən 24 il ötür. 26 fevral 1992-ci ildə törədilmiş soyqırım nəticəsində 613 nəfər qətlə yetirildi, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-nin taleyi indi də məlum deyil.
Futbolinfo.az ailəsi olaraq, dəhşətli faciənin ildönümü ilə bağlı xalqımıza dərin hüznlə başsağlığı veririk.
Allah bütün şəhidlərimizi rəhmət eləsin!