Ölkə futbolu
“Turan Tovuz” Premyer Liqada: Əsgər Abdullayev də eşidib…
Artıq “Turan Tovuz”la anlaşan Əsgər Abdullayev “…
Artıq “Turan Tovuz”la anlaşan Əsgər Abdullayev “Neftçi”dən birdəfəlik ayrıldı. Bu komandanın baş məşqçi postunu tərk edən mütəxəssis klubun Müşahidə Şurasını da tərk etdi. Birinci divizionda çalışmaq qərarına gələn çalışdırıcı bunun səbəbini futbolinfo.az saytına müsahibəsində açıqladı.
– Tanınan məşqçilərdən kim divizion komandasına keçirsə, həmin komandanı növbəti il Premyer Liqaya çəkirlər…
– Allah ağzınızdan eşitsin. “Turan” buna layiqdi. Həmişə ölkə çempionatında oynamış komandadı. Azərbaycanı avrokuboklarda təmsil etmiş ilk komandadı. Mən də bu barədə eşitmişəm – sizin kimi…
– “Neftçi”dən ayrılanda son olaraq kimlə görüşdünüz?
– Çingiz Abdullayevlə söhbət etdik.
– Qalmağınızı israr etdimi?
– Çingiz müəllimlə mən həmişə bir-birimizə qarşılıqlı hörmət bəsləmişik. Amma mən işləmək istədiyimə görə “Turan”ı seçdim.
– “Neftçi”nin Müşahidə Şurasında iş görülmür?
– Bunu nəzərdə tutmurdum, çox iş görülür. Mən sadəcə, meydançada olmağı xoşlayıram.
– Düşünürsünüz ki, baş məşqçi kimi Azərbaycan futboluna daha çox xeyir verə bilərsiniz, nəinki Müşahidə Şurasında işləyərək…
– Azərbaycan futboluna hansı işim daha çox kömək edirsə, bu, mənim üçün daha yaxşıdı. Müşahidə Şurasında daha çox iş görülür, məsələlər müzakirə olunur. Amma Əsgər Abdullayev istəyir ki, meydançada məşqçi işləsin.
– Cari mövsüün sonunda “Neftçi”nin sonunu necə görürsünüz?
– “Neftçi” hamımızın komandasıdı, həyatımızı bura vermişik və onlara da yalnız uğurlar arzu edirəm.
– Hətta növbəti il “Turan”la Premyer Liqa matçında da?
– Məşqçilər həmişə oyundan əvvəl bir-birinə uğurlar arzu edir. Bu, o demək deyil ki, uduzmaq istəyirlər.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?