Premyer-liqa
Qriqorçuk yeni qapıçı gətirdi
Topaz Premyer Liqasının XXVI turunun “Qarabağ”la oyunun…
Topaz Premyer Liqasının XXVI turunun “Qarabağ”la oyunundan sonra 3 günlük istirahətə buraxılan “Qəbələ” hazırlıqlarını bərpa edib. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” ötən gün Qəbələ şəhər stadionunda bir araya gələrək, məşqini gerçəkləşdirib.
Günün ikinci yarısına təsadüf edən hazırlıq prosesi iki hissədən ibarət olub. Əvvəl fiziki hazırlıq keçən futbolçular sonra toplu çalışmalara üstünlük verib. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında baş tutan məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib. Ukraynalı mütəxəssis yığma üzvlərinin yoxluğunda əvəzedici komandanın qapıçısı Süleyman Süleymanovu hazırlıqlara cəlb edib. “Qəbələ” növbəti məşqini bu gün keçirəcək. Hazırlıq prosesi günün birinci yarısında baş tutacaq.
Xatırladaq ki, Şimal təmsilçisi növbəti oyununu martın 30-da keçirəcək. Topaz Premyer Liqasının XXVII turunun qarşılaşmasında "qırmızı-qaralar" AZAL-ın qonağı olacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…