Dünya futbolu
Kavani "Yuventus"a keçir
Edinson Kavani karyerasını İtaliyada davam etdirə bilər. Futbolin…
Edinson Kavani karyerasını İtaliyada davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, uruquvaylı hücumçu “Yuventus”un maraq dairəsinə düşüb.
“Ağ-qaralar” yay “transfer pəncərəsi”ndə PSJ-dən ayrılmaq istəyən forvarda 3 illik müqavilə təklif edib. 29 yaşlı futbolçu bu müqaviləni qəbul edəcəyi təqdirdə ilinə 5,5 milyon avro qazanacaq.
Qeyd edək ki, futbolçu hazırda Paris təmsilçisində ilinə 10 milyon avro qazanır.