Bizi izləyin

Layihə

Bəhmən Həsənovun Dağıstani sevgisi

Topaz Premyer Liqasında mövsümün sonuna az qalıb. M&o…

blank
Topaz Premyer Liqasında mövsümün sonuna az qalıb. Mövsümün əvvəlində və qış fasiləsində klublarımız heyətlərini gücləndirmək məqsədilə  futbolçular baxışdan keçirib, transfer etdilər, lazımsızlarla vidalaşdılar, bir sözlə, heyəti komplektləşdirdilər.
Heyətlə bağlı islahatalar çoxdan bitib və artıq hamı yuxarı pillələrə dırmaşmaq üçün var gücü ilə "savaşır". Bu vurhavurda Bəhmən Həsənovun rəhbərlik etdiyi "Rəvan"da bir futbolçu peyda oldu. Özü də braziliyalı, ispaniyalı, ukraynalı yox, cənub qonşumuz İrandan. Amin Dağıstani…
Bir qədər araşdıranda məlum oldu ki, bu zati-möhtərəmin qardaşının da vaxtilə yolu "Xəzər Lənkəran"dan keçib. Lakin adı Həmid Dağıstani olan bu sabiq futbolçu "ağ-yaşıllar"da möhkəmlənə bilməyib və bir oyuna belə çıxmadan cənublularla sağollaşıb. O, indi menecerliklə məşğuldu. Və qardaşını da "Rəvan"a Həmid gətirib. Elə isə ona tribuna verək, görək, qardaşını paytaxt təmsilçisinə necə gətirib: "Amin mərkəz müdafiəçisidi. Bilirsiz ki,  manatın devalivasiyasından sonra burada bir az problemlər oldu. Mənə də dedilər ki, bizə kömək et. Mən də onun gətirdim, kluba göstərdim. Bəyənib, müqavilə imzaladılar. Futbolçu özü də İrandan çıxmağa, gələcəyi üçün yaxşı nəsə etməyə can atır. İranda da bir neçə klubda oynayıb. Özü də qardaşımdı. Mən də vaxtilə futbolçu olmuşam. Con Toşak "Xəzər Lənkəran"a rəhbərlik edəndə həmin kluba gəldim. Bəzi problemlər çıxdı və onlarla işimiz alınmadı. Sonra Malaziya çempionatında oynadım”.
Həmid əvvəllər də "Rəvan"a futbolçu gətirib. Lakin özbək futbolçu Əlibaba Rəhmətullayev qısa müddətdən sonra sabiq baş məşqçi Emin Quliyev tərəfindən qovulmuşdu: “İndi AZAL-da oynayan Adan Koronadonu (ABŞ-lı futbolçu) da mən gətirmişəm. Fikrim budur ki, azərbaycanlı futbolçuları da başqa ölkələrə təklif edəm. Çempionatınızdakı oyunları da izləyirəm. Ola bilər, 2-3 futbolçunu da başqa ölkələrə aparam. Gənclər gərək pula fikir verməyə, xaricə də gedə. Amin də buraya gələcəyi üçün gəlib, pula fikir vermir. Pula maraq göstərsəydi, elə İranda oynayardı. Bəhmən Həsənovu da çoxdan tanıyıram. Əlibabanı gətirəndə onunla tanış olduq. Çempionatın əvvəllərində (sentyabr) Əlibabanı gətirmişdim. Nəsə problemlər çıxdı, razılıq baş tutmadı. Bəhmən müəllimi də ovaxtdan tanıyıram, yaxşı əlaqəmiz var".
Bu açıqlamadan aydın olur ki, sən demə, Bəhmən müəllimin bu iranlı menecerlə əlaqələri çox yaxşı imiş. Lakin təxminən 20 gün əvvəl – "Kəpəz" iranlı fırıldaqçı menecerlərlə bağlı araşdırma apararkən Həsənova sözügedən ölkədən menecer tanıyıb-tanımamsı ilə bağlı sual vermişdik. Lakin çalışdırıcı heç bir iranlı menecerlə əlaqəsinin olmadığını bildirmişdi. İndi isə gəlin Həsənovu yenidən sorğu-suala çəkək: "Amin qasığ nahiyəsini dartıb. Hələ ki, əvəzedici komandada oynayır. Bizimlə məşq edir, amma bir az problemləri var. Aminin də bizim üçün əsas üstünlüyü odur ki, pul istəmir, ona maaş vermirik. Əvvəl onun oyununu da izləmişdim. Aminin qardaşı var – Həmid, menecerdi. Onunla yaxşı münasibətim var. Həmidin başqa bir qardaşı da var, onu da istədim, gətirmədi. Onun kiçik qardaşı var, müdafiəçidi. O, daha yaxşı oynayır. İkisinin də oyununu izləmişdim. Amin stopperdi, amma o biri qardaşı müdafiənin cinahında oynayır. Başqa İranlı menecer tanımıram, sadəcə, bunun qardaşı ilə münasibətim var. İndi bu da qardaşını gətirdi, hələ ki, əvəzedici komandamızda oynayır. Görək necə olacaq?"
Bu futbolçu "Rəvan"dan maaş da almır. Həmçinin çalışdırıcının Aminin çıxışından da narazı olduğu sezilir və kiçik qardaşını komandada görmək istədiyini bildirir. Deməli, burada başqa məsələ var. Yəqin ki, siz də azdan-çoxdan eşitmiş olarsız ki, İranda hərbi xidmətdən yayınmağa cəhd edən futbolçular Azərbaycana üz tutur. Onlar ölkə xaricinə çıxmaqla güzəşt qazanırlar. Belədə bizim klublarımız da səviyyəsi olmayan bir sıra futbolçular üçün gizlənmə yeridi. Yoxsa necə ola bilər ki, xarici ölkədən futbolçu gətirəsən, lakin sizdən pul almaya-almaya oyunlara çıxa, tər axıda. Üstəlik, digər klublardakı mənzərə də göz qabağındadı. Xaricdən gələn futbolçu "Xəzər Lənkəran"dan, “İnter”dən FİFA-ya şikayət edib, qəpiyinə kimi pulunu almaq istəyir. Deməli, burada bir “əmma” var… Kimlərsə bu işdə mənfəət güddüyü üçün oyunuçunu klubda saxlayır. Çünki dəfələrlə özü pul verib klublarımıza düşmək istəyən iranlılar ifşa etmişik. Əcəba, Həsənovun da Dağıstani sevgisi buna görə olmaya?..
ELMAR VƏLİYEV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-18 11:30

MHL-də Şərq konfransının çempionu məlum oldu

blank
Müsahibə2024-04-18 11:11

Yusif üçün hər matç final olacaq: “Son saniyələrdə qələbəni əldən vermək üzücüdür”

blank
Dünya futbolu2024-04-18 10:54

Ronaldo məhkəmədə qalib gəldi

blank
Digər idman növləri2024-04-18 10:37

Nicat yenə uduzdu

blank
Dünya futbolu2024-04-18 10:20

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər idman növləri2024-04-18 10:02

Formula 1-in rəhbəri 25-ci mərhələnin mümkünlüyündən danışdı

blank
Ölkə futbolu2024-04-18 09:45

Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq

blank
Dünya futbolu2024-04-18 09:28

“Beşiktaş” Sərgən Yalçına təklif göndərməyəcək

blank
Dünya futbolu2024-04-18 09:09

“Fənərbaxça” “Olimpiakos”a qarşı

blank
Dünya futbolu2024-04-18 08:52

“Traktor” baş məşqçsiz qaldı – İsraillə münaqişəyə görə

blank
Dünya futbolu2024-04-18 08:35

Avroliqa: “Liverpul” revanş ala biləcəkmi?

blank
Digər idman növləri2024-04-18 08:17

Formula 1-də əsas qaydalardan biri dəyişdirilir

blank
Müsahibə2024-04-18 08:00

Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”

blank
Dünya futbolu2024-04-18 01:58

ÇL: “Real” və “Bayern” yarımfinalda!

blank
Dünya futbolu2024-04-17 22:29

40 yaşında karyerasını bitirir

blank
Digər idman növləri2024-04-17 21:46

“Neftçi” finalda “Xəzri”yə rəqib oldu

blank
Digər idman növləri2024-04-17 21:06

Baxşıyev “Xəzri”yə məğlubiyyəti şərh etdi

blank
Digər idman növləri2024-04-17 20:48

“Azərreyl” finalda

blank
Digər idman növləri2024-04-17 20:19

Ağcabədidə məktəblilər yarışdı

blank
Dünya futbolu2024-04-17 20:00

Dele Allinin mundial arzusu

blank
Digər idman növləri2024-04-17 19:38

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-17 19:19

Boksçularımız Avropa çempionatında mübarizə aparacaq

blank
Dünya futbolu2024-04-17 19:00

Haller Dortmunddan ayrılacaq

blank
Digər idman növləri2024-04-17 18:41

Kubokun ilk finalçısı bəlli oldu

blank
Digər idman növləri2024-04-17 18:22

Güləş yığmalarımız Avropa çempionatına hazırlaşırlar

blank
Digər idman növləri2024-04-17 18:03

İlk finalçı müəyyənləşdi

blank
I Liqa2024-04-17 17:49

“Mingəçevir” uduzdu, “Şamaxı” qalib gəldi

blank
I Liqa2024-04-17 17:34

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi

blank
Ölkə futbolu2024-04-17 17:17

Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”

blank
Dünya futbolu2024-04-17 16:59

Romario 58 yaşında karyerasını bərpa etdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm