Bizi izləyin

Layihə

“Böyük oyun”: qadağanın götürülməsi üçün rəsmi müraciət lazımdı – LAYİHƏ

Son illərdə ölkə çempionatının ən önəmli hadis…

blank
Son illərdə ölkə çempionatının ən önəmli hadisələrindən biri heç şübhəsiz ki, “Xəzər Lənkəran” və “Neftçi” arasında keçirilən görüşlər olub. Söhbət əlbəttə ki, tribunalara toplaşan hər iki tərəfin azarkeşlərinin bu qarşılaşmalara qatdıqları rəngdən gedir. Ancaq məlum qarşıdurmalardan sonra İntizam Komitəsinin haqlı (!!!) qərarı futbolumuzda bu yöndə əsl süstlük yaratdı.
 
Köhnə yaranı təzələmək niyyəti güdmürük. Əksinə, hər iki tərəfi də köhnə umu-küsünü unutmağa çağırırıq. Kimin günahkar olması qoy keçmiş zamanda qalsın. Bu gün isə futbolumuzun bəzəyi sayılan fanatların geri qaytarılması zamanıdı.
 
Ancaq məsələnin müsbət həllini tapması üçün ilk növbədə 3 tərəfin mövqeyini öyrənməyə zərurət var. Yalnız bundan sonra problemi aradan qaldırmaq mümkündü. “Üç tərəf”in mövqeyini isə PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev, onun “Neftçi” və “Xəzər Lənkəran”dan olan həmkarları Mehman Rəsulov və Hüseyn Cəbrayıloğlu ifadə edəcəklər.
 
İlk olaraq, “Xəzər Lənkəran” tərəfinin mövqeyini öyrənək: “Hər birimiz “Böyük oyun”da hər iki komandanın azarkeşlərinin iştirak etməsini arzulayırıq. Mətbuat da hər oyundan əvvəl bu məsələni qabardır. Dəfələrlə şifahi söhbətlər zamanı PFL-ə bildirmişik ki, biz “Neftçi” azarkeşlərinin təhlükəsizliyinə təminat veririk. Necə olur, ölkəmizdə Avropa çempionatı keçirilir, bütün iştirakçılara təhlükəsizlik təminatı verilir, biz azərbaycanlılarımıza verə bilmirik? Bütün komandaların fanatları necə, “Neftçi”də həmçinin. Ən yüksək səviyyədə təhlükəsizliklərini təmin etməyə hazırıq”.
 
Daha sonra “Neftçi”nin sözçüsü – Mehman Rəsulova tribuna verdik: “Təəssüf ki, bu qərar hələ də qüvvədə qalır. Əlbəttə, istəyərdik ki, hər iki komandanın azarkeşləri səfər matçlarında sevimli futbolçularını dəstəkləyə bilsin. “Neftçi”nin cari mövsümdə ev oyunlarını dəfələrlə canlı izləmisiniz. Özünüz də, AFFA da, PFL də gözəl bilirlər ki, təhlükəsizlik işlərinə necə həssas yanaşırıq və heç bir xoşagəlməz hal yaşana bilməz. İnanıram ki, Lənkəran klubu da bizim fanatların təhlükəsizliyinə tam təminat verər. Ancaq son instansiya biz deyilik. Qərarı İntizam Komitəsi verib”.
 
Maraqlıdı ki, PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev də bu qadağanın götürülməsinin tərəfdarı olduğunu gizlətmədi. O, “əmma”lara toxundu, məsələnin müsbət həlli üçün hansı zəruri addımın atılmalı olduğunu da bildirdi: “Mövsüm sona çatır. Bu komandalar arasında bu çempionatda 1 oyun qalıb və onun da keçirilməsinə cəmi 1 gün var. Yəni, istənilən halda, indi qərarın dəyişdirilməsi mümkün deyil. Ancaq məsələnin digər tərəfi də var. Nə “Neftçi”, nə də “Xəzər Lənkəran” indiyədək qadağanın götürülməsi üçün rəsmi müraciət etməyiblər. Şifahi deyilən sözü qovluğa qoya bilməzsən. Tərəflər rəsmi müraciət etdikdən sonra məsələyə baxılacaq və ən uyğun qərar qəbul ediləcək”.
 
Şahgəldiyevlə danışdıqdan sonra yenidən hər iki klubun mətbuat xidməti ilə əlaqə qurduq. Həm Rəsulov, həm də Cəbrayıloğlu klub rəhbərliyinə bu barədə məlumat verəcəklərini və fanatların səfər qarşılaşmalarında sevimli komandalarını tribunadan dəstəkləməsi üçün bütün mümkün vasitələrdən istfadə edəcəklərinə dair söz verdi.
 
Bu qədər sadə. Bu yazıda biz kimisə tənqid etmək, günahkar çıxarmaq niyyəti güdmürük. Əksinə, azarkeşlərlə bağlı layihəmizin ilk tutarlı nəticəsi kimi fanatların tribunalara qaytarılması yönündə əməli iş görmək məqsədi güdürük. Bir neçə gün əvvəl ölkə klublarının azarkeşlərinin Qarabağ savaşında torpaqlarımızı geri qaytarmaq uğrunda döyüşən əsgərlərimizə dəstək yürüşünü xatırlatmaq istəyərdik. Bu aksiyada “Neftçi” və “Xəzər Lənkəran” fanatlarını nə canlı, nə də dəmir sədd ayırırdı. Onlar əl-ələ verib çiyin-çiyinə addımlayırdılar. Əsl azərbaycanlı ruhunu ortaya qoyaraq!
 
Kin-küdurəti unutdurmaq üçün hər birimiz əməli iş görməliyik, fanatları tribunalara qaytarmaq, qalmaqallardan yayınmaq üçün maarifləndirici işlər aparmalıyıq. Futbolinfo.az olaraq, bu qadağa götürüləcəyi təqdirdə, hər iki komandanın fanat orduları ilə görüş təşkil etməyi üzərimizə götürür, xoşagəlməz halların yaşanmaması üçün bütün mümkün mexanizmlərdən istifadə edəcəyimizə söz veririk. Eyni zamanda, “Xəzər Lənkəran”la “Neftçi” arasında keçiriləcək qarşılaşmalarda bayram ab-havası yaşanması üçün hər iki komandanın rəhbərliyinə təkliflər paketi təqdim etməyi də üzərimizə götürürük.
 
Təki futbolumuz bəzəksiz (azarkeşsiz) qalmasın!
 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm