Bizi izləyin

Layihə

Klublar azarkeşləri üçün nə edir? – LAYİHƏ

Azarkeşlərin stadionlara cəlb olunmasında klubların da üz?…

blank
Azarkeşlərin stadionlara cəlb olunmasında klubların da üzərinə böyük yük düşür. Onların atacağı hər hansı addım fanatların tribunalara qayıtması baxımından böyük önəm daşıyır.
Əlbəttə, azarkeşləri stadiona gətirmək üçün komandanın çıxışı və nəticələri də böyük rol oynayır. Bundan əlavə, sosial məsələləri də qabartmaq olar. Çünki əksər halda güzəranı yaxşı olan insanlar əyləncəyə vaxt ayırır. Bir tikə çörək üçün gecəsini gündüzünə qatan adamı oyunlara baxmağa, üstəlik, bilet almağa necə məcbur edəsən?
 
Görək, klublar bu yöndə hansı işləri görür? Ən azından klubun aynası rolunu oynayan rəsmi saytlarının azarkeşlərlə bağlı hansı işləri görməsi maraqlıdı. Görək, həmin saytlarda azarkeşlərlə bağlı bölmələr, fan-klubların tarixini, fəaliyyətini əks etdirən materiallar, onları oyunlara gəlmək üçün həvəsləndirəcək nələrsə varmı?
 
"Ağ-qaralar"ın saytında azarkeşlərlə bağlı olan "MyNEFTÇİ" (İngiliscə: mənim "Neftçi"m) bölməsi var. Həmin bölmədən "NeftçiKart" girişinə daxil olmaqla, klubun azarkeşlər üçün təklif etdiyi abunə kartları ilə tanış olmaq mümkündü. "FanShop" girişində isə klubun sevənlərinə təklif etdiyi məhsullar yer alır. İstəyən buradan məhsul sifariş edə bilər. "Stadium Tour" da maraqlıdı. Burada azarkeşlərə komandanın ev oyunlarını keçirdiyi "Bakcell Arena"ya təşkil olunan turlar barədə məlumatlar verilir. Həmçinin sözügedən turda iştirak etmək istəyənlər həmin girişdə yer alan elektron poçt ünvanına lazımı sənədləri göndərməklə qeydiyyatdan keçə bilərlər.
 
"Könüllülər" girişində də klubun keçirdiyi beynəlxalq yarışlarda könüllü olaraq, fəaliyyət göstərmək istəyənlər üçün məlumatlar var. Azarkeşlər burada qeydiyyatdan keçməklə, həmin oyunların təşkilində doğma klubuna kömək edir, oyunları pulsuz izləyir və s. "Biletlər" girişində  komandasının ev oyunlarını izləmək istəyən futbolsevərlər, azarkeşlər üçün satılan biletlərlə bağlı məlumat verilir. "Wallpapers" (divar kağızları) girişində isə "Neftçi"sevərlər üçün müxtəlif tipli maraqlı şəkillər təklif olunur.
 
Göründüyü kimi, "Neftçi" sevənlərini stadiona, komandaya tribunadan dəstəyə çəkmək üçün kifayət qədər işlər görür. Onsuz da xeyli sayda azarkeşi olan klubu sevənlər daha çox avrokubok oyunlarında arenaya təşrif buyurur. Lakin bu dəstəyin çempionat oyunlarında da çox olması üçün bakılıların işini təqdirəlayiq hesab etmək olar.
 
Bu dəfə də digər Bakı klubu "İnter"ə "qonaq olaq". Görək, "bankirlər"in "sehirli aynası" nə göstərir?
 
Paytaxt təmsilçisinin rəsmi saytında sevənləri üçün "Azarkeş klubu" bölməsi yerləşir. Oradan "Haqqında" girişinə daxil olmaqla, "İnter" Azarkeş Klubuna üzv olmağın qaydaları və əlaqə vasitələri yer alır. "Davranış qaydaları" girişi isə adından da göründüyü kimi, fanatların stadionda nələrə əməl, hansı qaydalara riayət etməsindən bəhs edir.
 
İndi də çempionatımızın lideri "Qarabağ"ın "qapısını döyək". Görək, lider bu işlərdə də birincidimi?
 
Ağdam təmsilçisinin saytında "Azarkeş bölməsi" fəaliyyət göstərir. Buradan "Fan Klub" girişinə daxil olanlara "Qarabağ"ın Fan Klubuna üzv olmağın yolları haqda qısaca məlumat verilir, əlaqə vasitələri göstərilir. Lakin "Qarabağ Fk tətbiqi" yazılan girişdə fanatları daha maraqlı "sürpriz" gözləyir. Azarkeşlər bu tətbiqi smartfon telefonlarına yükləməklə ekranda sevimli klubarına aid şəkillər görməklə yanaşı, həm də mütəmadi olaraq, komanda ilə bağlı ən son məlumatları əldə etmiş olurlar.
 
Saytın başqa bir – "Marketinq" bölməsində də azarkeşlərə aid giriş var.  Bu, "Fan Shop"du. Burada da azarkeşlərə kluba aid məhsullar təklif olunur. Yəqin ki, internetdən istifadəni bilən azarkeşlər fanatlara aid olmayan bu bölmədəki girişi də tapıb məhsul ala bilərlər.
 
Son illərdə yuxarı pillələrin daimi sakini olan "Qəbələ"nın saytında da axtardığımız hər şeyi tapa bilmədik. Sözügedən rəsmi orqanda "İctimaiyyət" bölməsi yerləşir. Oradan da "Fan Klub" girişinə baş vurmaqla, "Qəbələ" və "üzvlük"ə daxil olmaq mümkündü. Birincidə “Qəbələ” Fan klubu ilə bağlı çox qısaca məlumat verilir. Lakin üzv olmaq istəyənlər üçün orada əlaqə vasitəsi tapmaq müşküldü. Birdən ağlına gəlir ki, bəlkə axtardığımız əlaqə vasitələri "Üzvülük" girişindədi. Lakin oraya daxil olanda səhifə üzümüzə "yapışır". Çünki sözügedən yerdə heç nə yoxdu. Yəqin yaddan çıxıb…
 
Lakin "Xəzər Lənkəran"ın klub saytına baş çəkəndə azarkeş olaraq, əməyinin hədər getmədiyini anlayırsan, amma… Burada "Fan-sektor" bölməsi var ki, ilk baxışdan azarkeşlərə aid "məkan" olduğu gözə çarpır. Oradan "sosial şəbəkələr" girişinə daxil olanda görürsən ki, "ağ-yaşıllar"a aid rəsmi sosial şəbəkələrin keçidləri var. Lakin "saytda bu barədə daha gözədəyən yerdə şəkilli keçidlər varkən, buna nə lüzum var” deyə fikirləşə də bilərsiz.
 
Növbədə "XL" TV" girişi var. Yəqin TV hərflərindən də anlaşılır ki, burada nə var. Komandanın oyunu canlı yayımlanarkən, həmin girişə daxil olub matça tamaşa etmək mümkündü. Amma belə keçid saytın bir necə yerində də var. "Fan-klub" girişində isə komandanın fan klubları ilə bağlı məlumatlar, əlaqə vasitələri yer alır.
 
"Fotoalbom" girişinin də artıq olduğunu demək olar. Çünki komanda ilə bağlı fotoreportajlarla tanış olmaq üçün saytın daha görünən yerində keçid var. Lakin "Masaüstü şəkillər"də klub sevənləri üçün hazırlanan maraqlı şəkillər yerləşdirilib. "Video" girişinin də "XL" TV" kimi olduğunu deməklə kifayətlənmək daha yaxıdı, nəinki, eyni cümlələri təkrarlayaq. Yuxarıdakı "amma"nın davamı, yəqin ki, hamıya bəlli oldu. Görünür, bu bölməyə "üstü bəzək, içi təzək" desək, daha məqbul olar.
 
Təbii ki, ev oyunlarında daha çox, lakin səfər matçlarında da az sayılmayacaq qədər azarkeşin dəstəklədiyi "Sumqayıt"a "salam verməsək", düzgün olamaz. Görək, "Gənclik şəhəri" təmsilçisi azarkeşlərini cəlb etmək üçün bu barədə hansı işləri görüb? "Bismillah" deyib, "Fan-sektor" bölməsinə daxil olaq. Və əvvəla, "Facebook" və "Twitter" girişlərini qoyaq bir kənara. Yoxsa bayaq Lənkəran klubunda dediklərimizi yenə təkrarlamaqla başınızı ağrıdıb, günah qazanarıq. Amma "Fan klub" girişindəki məlumat və şəkillər sizin də xoşunuza gələr.
 
"Sorğu arxivi" də maraqlıdı. Burada saytın keçirdiyi sorğuların nəticəsi yer alır. Hər halda, fanatların diqqətini çəkər. "Davranış qaydaları" da faydalı yerdi. Nəticədə, "Sumqayıt" da bu barədə nəsə etməyə çalışır. Yuxarı sıralarda yer alan klublarımız da "kimyaçılar"da nümunə götürərək, yeni nəsə edə bilərlər.
 
"Kəpəz"in saytında isə "Fan" bölməsi var ki, Gəncə təmsilçisinin fan klublarından çox qısa məlumat gözə dəyir. Lakin əlaqə vasitələri, deyəsən, unudulub. Başqa da heç nə. Ev oyunlarında tribunaları dolduran fanatlar üçün klub saytında daha çox işlər görülsəydi, yaxşı olardı. Amma nə etmək olar? "Sarı-göylər" bir müddət fasilədən sonra bu mövsüm Premyer Liqaya qayıtdılar. Yəqin ki, belə çatışmazlıqları da aradan qaldırıb, sevənlərinin könlünü maraqlı işlərlə şad edərlər.
 
Lakin sizə məsləhətimiz, "Rəvan", AZAL və "Zirə"nin klub saytlarına baş çəkməyin. Ən azından düzələnədək… Çünki burada azarkeşlər üçün heç nə yoxdu. Hansı məqsədə qulluq etməsi, bəlkə də heç özünə də bəlli olmayan "Rəvan"la tribunalarında "bayquş ulayan" AZAL-ı müəyyən qədər başa düşmək olar. Lakin "Zirə"nin bunu etməyə haqqı yoxdu. Çünki qəsəbə sakinləri, demək olar ki, hər oyun komandalarına dəstək verirlər. Hətta onlar səfər oyunlarında belə sevimlilərini yalnız buraxmamağa çalışırlar.
 
ELMAR VƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm