Premyer-liqa
Taqim Novruzov Kiyevdə əməliyyat olunacaq
Topaz Premyer Liqasının 25-ci turunun AZAL – “Neftçi&rd…
Topaz Premyer Liqasının 25-ci turunun AZAL – “Neftçi” oyununda ağır zədə alan meydan sahiblərinin futbolçusu Taqim Novruzov əməliyyat olunacaq. Futbolinfo.az xəbər verir ki, həkimlərin “sağ diz oynağının ön çarpaz bağlarının tam qopması” diaqnozu qoyduğu futbolçu iki gün sonra Kiyevə yola salınacaq.
Klub rəhbərliyi əməliyyat üçün bütün təşkilati işləri artıq başa çatdırıb. Kiyevin “Doktor Linko” klinikası ilə müqavilə bağlanılıb və aprelin 14-də Taqim əməliyyat masasına uzanacaq.
Qeyd edək ki, Taqimi tanınan ukraynalı cərrah Vladimir Novikov əməliyyat edəcək. Novruzovun aprelin 19-da Bakıya qayıdacağı gözlənilir. (klub saytı)