Dünya futbolu
Azərbaycanlı futbolçu üçün 90 dəqiqə və 1 xal
İsveç çempionatında 6-cı turun oyunları keçir…
İsveç çempionatında 6-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası – "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Sundsvall" ilə qarşılaşıb. Matç heç-heçə başa çatıb – 1:1.
Qeyd edək ki, Emin bu görüşün start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.
"Kalmar" geridə qalan turlarda topladığı 5 xalla 16 klub arasında 14-cü pillədə qərarlaşıb.