Premyer-liqa
“Sumqayıt”dan “penalti şou”su
“Sumqayıt”ın işi Allaha qalıb. Futbolinfo.az xəbər v…
“Sumqayıt”ın işi Allaha qalıb. Futbolinfo.az xəbər verir ki, Ömər Paşayev “İnter”in qapısına penalti verməkdən bezdi, Samir Abasovun yetirmələri bu imkanları boşa verməkdən yorulmadılar.
Maraqlıdı ki, bu dəqiqələrdə davam edən Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində keçirilən “İnter” – “Sumqayıt” matçında təyin olunan 2-ci penalti də Amil Yunanova qarşı qapıçı tərəfindən edilən qayda pozuntusundan sonra təyin edildi. Doğrudu, ilk epizoddan fərqli bu dəfə Ömər Paşayev “bankirlər”in qapıçısına qırmızı vərəqə göstərmədi. Ancaq Georgi Lomayanın qapısına yol tapmaq yenə də mümkün olmadı. Bu dəfə “nöqtə”yə yaxınlaşan Vaqif Cavadov oldu. Ancaq ilk qolun müəllifi gürcü qolkiperlə dueldən məğlub ayrıldı və təcrübəli əlcək sahibi topu tutdu.
Qeyd edək ki, matçın 80-ci dəqiqəsi gedir və “Sumqayıt” 2:1 hesabı ilə irəlidədi.