Premyer-liqa
"Zirə"nin oyunçuları arasında gərginlik
Topaz Premyer Liqasında 32-ci turun oyunları keçirilir. Futbo…
Topaz Premyer Liqasında 32-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, hesabat turunun qapanış matçında "Zirə" evdə "Qarabağ"ı qəbul edir.
İkinci hissəsi oynanılan qarşılaşmada maraqlı hadisə baş verib. Belə ki, meydan sahibləri qapıya yaxın məsafədən cərimə zərbəsi vurmaq hüququ qazanıb. Elə bu vaxt zirəli oyunçular arasında gərginlik yaşanıb. Belə ki, Tato və Yovan Krneta cərimə zərbəsini vurmaq üçün xırda mübahisə ediblər. Sonda Tato topun yanından kənarlaşıb və Krneta qapıya zərbə vurub. Top qapının yanından keçib.