Premyer-liqa
Roman Qriqorçuk: "Hər şey fərqli də ola bilərdi"
Topaz Premyer Liqasının 32-ci turunun “Qəbələ” – &ldq…
Topaz Premyer Liqasının 32-ci turunun “Qəbələ” – “Neftçi” oyunundan (2:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Futbolinfo.az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:
“Bu qarşılaşmada qalib gəlmək istəyirdik. Çünki turnir cədvəlində irəliləmək üçün bizə xal lazımdır. Bu, alınmadı. Təbii ki, nəticədən razı qala bilmərik. Oyuna gəlincə, hər şey fərqli də ola bilərdi. Yenə deməliyəm ki, imkanlardan istifadə baxımından heç nə dəyişməyib. Düzdür, iki qol vurduq. Amma bundan üç dəfə artıq da vura bilərdik. Lakin bunu gerçəkləşdirmədik. Rəqibi də qeyd etmək lazımdır. O qədər də çox olmayan səhvlərimizdən istifadə edib, qeydə alınan nəticəni qazandılar”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç