Ölkə futbolu
Təyinatlar açıqlandı: I turda iki hakimimiz də olacaq
Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arası…
Azərbaycanda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin təyinatları açıqlanıb. I turun ilk oyun gününün hakimləri, hakim-inspektor və UEFA nümayəndələri bəllidi.
Təyinatları açıqlanan A və B qrupunun qarşılaşmaları arasında Azərbaycan yığmasının oyunu da var. Millimizin Portuqaliya ilə görüşünün baş hakimi polşalı Bartoş Frankovski olacaq. Turnirin ilk fitini isə B qrupunun Avstriya ilə Bosniya və Hersoqovina arasında matçını idarə edəcək çexiyalı Petr Ardeleanu çalacaq.
İlk oyun günündə Azərbaycan təmsilçiləri də iş başında olacaqlar. FİFA hakimlərimizdən Əliyar Ağayev Ukrayna – Almaniya, Orxan Məmmədov isə Belçika – Şotlandiya görüşündə dördüncü hakim olacaq. Ağayevin işinə həmin matçın hakim-inspektoru Asim Xudiyev qiymət verəcək.
5 may
I tur
B qrupu
14:00. Avstriya – Bosniya və Hersoqovina
Baş hakim: Petr Ardeleanu (Çexiya)
Baş hakimin köməkçiləri: Georgi Todorov (Bolqarıstan), Marios Dimitriadis (Kipr)
Dördüncü hakim: Alen Duro (Lüksemburq)
UEFA nümayəndəsi: İrakli Nakaidze (Gürcüstan)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
8-ci km qəsəbə stadionu
17:00. Ukrayna – Almaniya
Baş hakim: Qunnar Yarl Yonsson (İslandiya)
Baş hakimin köməkçiləri: Neeme Neemlayd (Estoniya), Endryu Kristiansen (Farer adaları)
Dördüncü hakim: Əliyar Ağayev (Azərbaycann)
UEFA nümayəndəsi: Riçard Havrilla (Slovakiya)
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan)
Bakı Olimpiya Stadionu
A qrupu
19:00. Belçika – Şotlandiya
Baş hakim: Peter Kraloviç (Slovakiya)
Baş hakimin köməkçiləri: Levan Varamişvili (Gürcüstan), Lazaros Dimitriadis (Yunanıstan)
Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)
UEFA nümayəndəsi: Lüdovik Mikallef (Malta)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
8-ci km qəsəbə stadionu
20:00. Azərbaycan – Portuqaliya
Baş hakim: Bartoş Frankovski (Polşa)
Baş hakimin köməkçiləri: Balaj Buzas (Macarıstan), Vasili Ermişin (Moldova)
Dördüncü hakim: Sergeyus Sliva (Litva)
UEFA nümayəndəsi: Rudolf Zavri (Sloveniya)
Hakim-inspektor: Mark Batta (Fransa)
Bakı Olimpiya Stadionu
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək