Bizi izləyin

Layihə

BAŞLADI: Türkiyə yığması da bizimlədi

Vədə tamamdı. Az sonra 17 yaşadək futbolçular arasında n&…

blank
Vədə tamamdı. Az sonra 17 yaşadək futbolçular arasında növbəti Avropa çempionatı start götürəcək. Final mərhələsinə ev sahibliyi edən Azərbaycanın milli komandası da ilk oyun günündə qüvvəsini sınayacaq.
 
Bütün dəstəyimiz Azərbaycan millisi üçündü. Hesabat istəmək üçün tezdi. Öncə millimizin uğurlu çıxışını arzulayıb, futbolçuların yanında olmalı, daha sonra Bakının çətin sınaqdan üzüağ çıxması üçün bir vətəndaş kimi əlimizdən gələni etməliyik. Tribunalarda say düzəltmək üçün deyil, komandamıza dəstək vermək üçün olmalıyıq.
 
Turnir artıq başlayır. Ancaq ajiotaj istənilən səviyyədə deyil. Təbii ki, bunun əsas səbəbi təşkilatçıların işi istənilən kimi qurmamasına bağlıdı. Təbliğat o qədər də uğurlu aparılmayıb. Amma təkcə təşkilat komitəsini qınamaqla iş bitmir.
 
Dünən millimizin son axşam məşqinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq elan olunmuşdu. Təkcə futbolçulardan açıqlama almaq üçün deyil, həm də komandaya məsuliyyətlərinin anlatmaq üçün media əhli orada olmalı idi. Çox təəssüf ki, Bakı Olimpiya Stadionunda cəmi 3 saytın əməkdaşı gözə dəydi. Nə qəzet, nə televiziya nümayəndələri milliyə diqqət göstərmədi. Hətta AFFA-nın payçı olduğu, eyni arenada məskunlaşan CBC də kameralarını məşq meydançasına tuşlamadı.
 
Bu məqamı qeyd etməklə heç də “Futbolinfo”nun açıq məşqdə olduğunu qabartmaq istəmirik, biz onsuz da bütün futbol tədbirlərində öndə gedirik. Sadəcə, Avropa çempionatı üçün akkreditasiya alanların sayının 200-ü keçdiyini xatırladaq. Mətbuatı AFFA-nın yanında olanlara, “düşmən cəbhəsi”nə bölənlər belə məsələlərdə diqqətli olsun, biz də monitorinq aparırıq.
 
Jurnalistlər üçün ayrılan vaxt bitərkən baş katib Elxan Məmmədov da məşq meydançasına yaxınlaşdı. O, bir sıra hökumət işçiləri ilə açılış mərasimi üçün hazırlıq işlərinin gedişini yoxlamağa gələn AFFA prezidenti Rövnəq Abdullayevi yenicə yola salmışdı. Assosiasiya rəhbərinin ətrafındakı adamların siyahısından bəlli olurdu ki, ilk oyunumuza dövlət başçısının da gəlmək ehtimalı var. Bununla bağlı sual verərkən baş katibin mimikasını görməyə dəyərdi. Cavab verməməsi bir yana, əli ilə öz ağzını tutub “sus” işarəsi verdi. Bu jest maraqlı idi. Cavab verməmək, bu haqda danışmamaq olar, amma “sus” işarəsi?..
 
Milli komandamızın məşqinə gəlincə, jurnalistlərin önündə futbolçular yalnız isinmə hərəkətləri ilə kifayətləndilər. Adlar, sifətlər isə “göz oxşayırdı”. Heyətin dünənə kimi gizli saxlanılmasının səbəbi elə təxmin etdiyimizdi. Ola bilsin, nəticə vermək naminə AFFA 7 legionerə qucaq atıb. Onlardan 6-sı türkiyəlidi və azərbaycanlı balalarının yerini tutacaq. Bəri başdan deyim ki, öz uşaqlarımızın qazanmayacağı qələbəyə, xallara o qədər də sevinməyəcəyik. O nəticələr də milli komandamızın özü kimi bizə yad gələcək.
 
Ehtiyat heyəti də saysaq, bu turnirdə “Neftçi” 4, “İnter” 3, “Xəzər Lənkəran”la “Qəbələ” 2, “Qarabağ” və “Sumqayıt” hərəyə 1 futbolçu ilə təmsil olunacaq. Vəssalam! Digər klublar hara baxır; uşaq liqalarında nə iş görülür; xərclənən bu qədər pulun qarşılığı niyə yoxdu? Bütün bu suallara yarış başa çatdıqdan sonra mütləq cavab axtaracağıq.
 
Hələliksə millimizin ŞƏRƏFİNİ qoruyacaq milliləşdirilmiş futbolçuların siyahısına diqqət edin:
Atlam Ege – Beşiktaş (Türkiyə)
Seyliğli Hüseyin – Beşiktaş (Türkiyə)
Karakaş İsmayil – Trabzonspor (Türkiyə)
Ekincier Barış – Rot-Weiss Essen (Almaniya)
Güler Metin – Beşiktaş (Türkiyə)
Öksüz Doğukan – Trabzonspor (Türkiyə)
 
Sözün bitdiyi yerdi. Bundan sonra adətən zəlzələ olur. Amma hələ gözləyək, “Azərbaycan adına Türkiyə yığması“ da çıxışını yekunlaşdırsın, öküzün tükünü tərpədərik…
 
CAVAD
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-04 23:05

“Neftçi”yə qarşı hamı istəkli oynayır” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-04 22:58

“Səhvlərimiz kifayət qədər çox idi” – Bojoviç

blank
Ölkə futbolu2024-05-04 22:43

“Qarabağ” Bəhlulla yeni müqavilə bağladı

blank
Premyer-liqa2024-05-04 22:10

“Qarabağ”dan “Neftçi”yə 5 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2024-05-04 21:21

“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-05-04 21:00

Rahil Məmmədovun komandası yenə uduzdu

blank
Premyer-liqa2024-05-04 19:52

“Kəpəz”lə “Sumqayıt”ın heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2024-05-04 19:10

Adil Şükürov: “Vəziyyəti bu həddə “Sumqayıt” tərəfi çatdırdı” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:59

Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:23

“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə

blank
Digər idman növləri2024-05-04 17:42

Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb

blank
Digər idman növləri2024-05-04 17:20

Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-04 17:01

Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-04 16:47

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

blank
Digər idman növləri2024-05-04 16:34

Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib

blank
Ölkə futbolu2024-05-04 16:18

Yunanov bu gün mükafat alacaq

blank
Digər idman növləri2024-05-04 16:00

Bakıdakı Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

blank
Milli komanda2024-05-04 15:39

Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-04 15:20

“Bakı Marafonu-2024”ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

blank
Ölkə futbolu2024-05-04 14:46

“Kəpəz”də 4 itki

blank
Ölkə futbolu2024-05-04 14:03

“Kəpəz”in elitada qalması yeni imkanlar yaradacaq” – Millət vəkili

blank
Digər idman növləri2024-05-04 13:22

Millimizdən Avropa kubokunda bürünc medal

blank
Dünya futbolu2024-05-04 12:36

Renat Dadaşovun komandasında yeni baş məşqçi

blank
Milli komanda2024-05-04 11:57

Millimiz İnkişaf Turnirində ikinci oyununu keçirəcək

blank
Ölkə futbolu2024-05-04 10:48

Ozan Can cəzalandı, komandası uduzdu

blank
Ölkə futbolu2024-05-04 10:19

“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”

blank
Dünya futbolu2024-05-04 09:53

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

blank
Dünya futbolu2024-05-04 09:21

İsko ayın oyunçusu seçildi

blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm