Dünya futbolu
Çempionluq arzusunu puç edən feyr-pley
Türkiyə çempionatında daha bir maraqlı hadisə baş ver…
Türkiyə çempionatında daha bir maraqlı hadisə baş verib. Futbolinfo.az xəbər verir ki, olay sözügedən ölkənin həvəskar liqasında yaşanıb.
Yerli mətbuatın yazdığına görə, "Selanikspor"un qapıçısının etdiyi feyr-pley davranışı komandasına baha başa gəlib. Belə ki, "Taşköprüspor" keçirilən matçda çempion olmaq üçün selaniklilərə ancaq qələbə lazım idi. Lakin oyunun hakimi qapıdan zərbə təyin etsə də, qolkiper bununla razılaşmayıb. Qapıçı topun ondan çıxdığını bildirdikdən sonra referi qərarını dəyişərək, küncdən zərbə təyin edib. Epizoddan yaxşı faydalanan "Taşköprüspor" futbolçuları qol vurub. Nəticədə oyun bərabərliklə (4:4) başa çatıb və "Selanikspor" çempionluqdan məhrum olub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?