Milli komanda
Elio Souza: "Azərbaycanla oyunda bəxtimiz onda gətirdi ki…"
Bakıda təşkil edilən 17 yaşadək futbolçular arasında A…
Bakıda təşkil edilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının qrup mərhələsinin ilk oyununda Azərbaycanı 5:0 hesabıyla məğlub edən Portuqaliyanın baş məçqçisi Elio Souza matçdan sonra oyunla bağlı fikirlərini bildirib. Futbolinfo.az sizi həmin açıqlamalarla tanış edir:
– Bu matçı Şotlandiya ilə oyun öncəsi yüngül məşq saymaq olar?
– Əlbəttə ki, yox. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Azərbaycanı güclü rəqib sayırdıq. Deməzdim ki, oyun asan keçdi. Sadəcə, bəxtimiz onda gətirdi ki, ilk dəqiqələrdən qol vurduq. Bundan sonra rahat mübarizə apardıq.

– Azərbaycan millisindən belə zəif oyun gözləyirdiz? Bir il öncə millimizlə yoxlama oyununda üz-üzə gəlmişdiz. Millimiz həmin oyunla müqayisədə necə təsir bağışladı?
– Azərbaycan millisində 10 nömrəli futbolçunun start heyətində oynayacağını gözləyirdik. Düşündüyümüz kimi də oldu. O ki qaldı ikinci suala, keçən il fərqli yaş qrupları idi. Həmin millidə mən baş məşqçi deyildim. Onda biz final mərhələsinə vəsiqə qazana bilməmişdik.

– Açılış oyunu olduğuna görə ikinci hissədə millimizə güzəşt etdiz?
– Bu gün oyunçularımız fərqli atmısferə düşmüşdülər. Biz bütün rəqiblərimizə hörmətlə yanaşırıq.

– Bu cür uğurlu nəticə qazanmaq üçün azərbaycanlı həmkarınıza hansı məsləhəti verə bilərsiz?
– Mən həmkarıma heç bir məsləhət verə bilmərəm. Bizdə fərqli struktur var. Bizim bütün millilər bu struktur üzrə hazırlaşır. O ki qaldı sizin baş məşqçiyə məsləhət verməyimə, mən siizn ölkənizdə olan strukturla tanış deyiləm. Buna görə də, heç bir məsləhət verə bilmərəm.

– Şotlandiya ilə oyun barədə nə düşünürsüz?
– Şotlandiya topu özündə çox saxlamağı sevir. Onların oyun tərzini bilirəm. Çalışacağıq ki, həmin oyunda da qalib gələk.

– Portuqlaiyanın bu Avropa çempionatındakı əsas məqsədi nədi?
– Bizim əsas hədəfimiz növbəti oyunlarda qələbə qazanmaqdı.