Ölkə futbolu
Qusarda üsyan: "Şahdağ" oyuna çıxmaqdan imtina etdi
Daha bir klubumuzda maliyyə problemləri pik həddə çatıb. B…
Daha bir klubumuzda maliyyə problemləri pik həddə çatıb. Bu səbəbdən "Şahdağ" ölkə çempionatının növbəti matçına çıxmaqdan imtina edib.
Bu gün I divizionda 25-ci tur çərçivəsində "Şərurspor"la matça çıxmalı olan "Şahdağ"ın futbolçuları bundan boyun qaçırıb. Aylardı maaşlarını ala bilməyən oyunçular rəhbərliyin yalan vədlərindən bezərək Şövkət Orduxanov adına Qusar şəhər stadionunun qazonuna ayaq basmayıb.
Futbolçular oyuna gəlsələr də, tələbləri yerinə yetirilmədiyindən qonaqların asan qələbə qazanmasına şərait yaradıblar. Yəqin ki, AFFA İntizam Komitəsi növbəti iclasında "Şahdağ"a texniki məğlubiyyət verəcək.
Məsələylə bağlı "Şahdağ" rəhbərliyini aradıq. Amma onlar zənglərimizə cavab vermədi. Güman ki, başları ya futbolçulara növbəti dəfə vəd verməyə, ya da pul tapmağa qarışmışdı.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Digər idman növləri2024-04-29 12:48
“Qarabağ” liderliyini möhkəmləndirdi