Premyer-liqa
Samir Abasov: "Onlar “Qarabağ”a qarşı özlərini göstərmək istəyirdilər"
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Pre…
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
– Öncə “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Oyuna gəlincə, “Qarabağ”ın gücünü bilirdik. Çalışırdıq, qol buraxmayaq. Buraxdığımız bir səhv oyunun nəticəsini həll etdi. Komandamın oyunundan razıyam. “İnter”lə oyunda da bu günkü kimi oynamışdıq. Yəqin futbolçularım “Qarabağ”a qarşı özlərini göstərmək istəyirdilər.
– Mövsümün sonunda komandadan kimlər gedəcək?
– İstəyirik ki, yayda bir neçə futbolçu ilə güclənək. Gələnlərin sayına görə, gedən futbolçularımız da olacaq.
– İstəyirik ki, yayda bir neçə futbolçu ilə güclənək. Gələnlərin sayına görə, gedən futbolçularımız da olacaq.
– Yayda komandaya legioner cəlb olunacaq?
– Bu, rəhbərliyə verilməli sualdır. Əlbəttə, istəyirik ki, legioner futbolçu ilə güclənək. Yayda bütün bunlara aydınlıq gələcək.
– Bu, rəhbərliyə verilməli sualdır. Əlbəttə, istəyirik ki, legioner futbolçu ilə güclənək. Yayda bütün bunlara aydınlıq gələcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?