Premyer-liqa
Tərlan Əhmədov: "Bu gün sözün bitdiyi an idi"
Topaz Premyer Liqasının 33-cü turu çərçivəsind?…
Topaz Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən "Neftçi" – AZAL oyunundan sonra qonaqların baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, çalışdırıcı məğlubiyyətlə barışdığını etiraf edib.
– Bəzən sözün bitdiyi an olur. Bu gün məhz belə gündü. Artıq 3-vü oyundu ki, komanda qış fasiləsindən sonra bu cür bərbad oynayır. Bəlkə də Avroliqa təzyiqi var. Hər halda, bu, futboldu. Məğlubiyyəti də bacarmaq lazımdı. "Neftçi"ylə oyunu unudub növbəti qarşılaşmalara köklənməliyik. "Kəpəz"lə oyundan sonra qol vurmaqda çətinlik çəkirik.
– Əvvəlki oyunlarda "Neftçi"ylə oyuna xüsusi motivasiya ilə çıxırdınız. Bu dəfə isə deyəsən əks düşərgədən qıcıqlandırıcı ifadə səslənmədi…
– Həmin problem Samir Əliyev baş məşqçi işlədiyi dövrdə işlədilmişdi və həmin şəxs AZAL-ın küçə komandası olduğunu məhz Əliyevə söyləmişdi. Oldu, keçdi. Bu gün isə "Neftçi"nin müdafiədən oynayacağını gözləmirdim.

– Murad Səttarlı oyuna daxil olduqdan sonra dönüş yaratdınız…
– Zədədən yeni qayıdıb, risk edib ilk dəqiqələrdən oyuna daxil edə bilməzdim.
– Zədədən yeni qayıdıb, risk edib ilk dəqiqələrdən oyuna daxil edə bilməzdim.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…