Dünya futbolu
Vüqar Əsgərov Latviyada növbəti het-trikinə imza atdı
Futbol üzrə Latviya birinci liqasında 6-cı turun oyunları ke&…
Futbol üzrə Latviya birinci liqasında 6-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası – "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Albert"lə qarşılaşıb. Matç futbolçularımızın komandasının böyük hesablı qələbəsi ilə başa çatıb – 3:0. Matçdakı bütün qolların da müəllifi elə start heyətdə meydana çıxan Əsgərov olub. Belə ki, o, 25, 35 və 67-ci dəqiqələrdə rəqib qapısına yol tapmaqla, ötən oyunda olduğu kimi, növbəti dəfə het-trikə imza atıb. Vüqardan fərqli, əvvəlki turda dubl edən Orxan bu dəfə rəqib qapısına yol tapa bilməyib. Futbolçularımızın hər ikisi start heyətdə meydana çıxsa da, Həsənəliyev 68-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, geridə qalan turlarda 7 xal toplayan "Olayne" 15 klub arasında 7-ci pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?