Milli komanda
Millimizin qapıçısından xoş xəbər
Xəbər verdiyimiz kimi, Azərbaycanın U-17 yığmasının qapı&cced…
Xəbər verdiyimiz kimi, Azərbaycanın U-17 yığmasının qapıçısı Məmməd Hüseynov 17 yaşlıların Avropa çempionatının 2-ci turu çərçivəsində Belçika ilə matç zamanı rəqib futbolçu ilə mübarizə zamanı başından zərbə alaraq, huşunu itirmişdi. Futbolinfo.az xəbər verir ki, həkimlər ilkin tibbi yardım göstərməklə onu özünə gətirsələr də, təcilli tibbi yardım maşını ilə xəstəxanaya aparılması qərara alınmışdı.
Artıq millimizin qapıçısından xoş xəbər var. Belə ki, valideynlərinin verdiyi məlumata görə, "Modern hospital"a aparılan Məmməd həkim müayinəsindən keçib. Futbolçuda heç bir ciddi problem aşkarlanmayıb. Hüseynovun təxminən iki saatdan sonra evə buraxılacağı bildirilir.
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Ölkə futbolu2024-05-08 09:27
Georgiyevski “Neftçi”nin nəticələrini qəbulolunmaz sayır: “Qarabağ” nə qədər güclü olsa da…”
- Ölkə futbolu2024-05-08 16:22
PFL-lə “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı
- Dünya futbolu2024-05-08 12:02
“Sabah kimsə necə qalib gəldiyimizi xatırlamayacaq”