Bizi izləyin

Müsahibə

Elxan Məmmədovla “A”-dan “Z”-dək

Avropa çempionatının 1/4 finalçılarının tən y…

blank
Avropa çempionatının 1/4 finalçılarının tən yarısının uzaq, çox uzaq “Dalğa Arena”ya “sürgün edilməsi” dünənki günümüzə öz damğasını vurmuşdu. Yorğynluğa rəğmən, ikinci yarımfinalçı məlum olduqdan sonra əhval-ruhiyyəmiz yerində idi. Axı, Almaniyanı yarımfinala çıxaran qolun müəllifi həmyerlimiz Renat Dadaşov olmuşdu!
 
Matç başa çatdıqdan sonra Dadaşovu mix-zonada sorğu-suala tutmaq istəyirdik ki, "qanının arasına" AFFA-nın baş katibi Elxan Məmmədov girdi. Qitə birinciliyinin əksər oyunlarını izləyən baş katiblə 40 dəqiqə davam edən müsahibə bir çox mövzuları əhatə etdi. Dadaşovla söhbətimiz isə qalsın yarımfinala. Hələliksə, Elxan Məmmədovun futbolinfo.az və sport7.az saytlarına verdiyi geniş müsahibəylə sizləri baş-başa buraxırıq.
 
– Bütün oyunları izləyə bilirsiz?
– Çalışırıq ki, bütün oyunları izləyək. Həzz almaqdan başqa, bu, bizim işimizdi. Portuqaliyanın Avstriya üzərində 5 qollu qələbəsinə şahidlik etdik. Bundan başqa Almaniya – Belçika qarşılaşması da maraqlı alındı.
– Portuqaliya – Avstriya matçında hesab 4:0 olanda, birincilərin 5-ci qolunu arzulayırdınızmı? 
– Arzulamasam da, bu, gözlənilən idi. Çünki Portuqaliyanın yetərincə qol imkanları oldu. Bir daha sübut olundu ki, bizim millimiz çempionatın favoritlərindən birinə uduzub. İlk oyunda psixoloji təzyiq var idi. Püşkatmanın nəticəsi də bizim üçün uğursuz olmuşdu.
– Qəbul edirsinizmi ki, ilk oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi səhv addım idi?
– Bilirsiz, belə bir stadion olduqda orada oyun keçirməmək düzgün deyil. 17 yaşadək futbolçular arasında Avropa çempionatı Azərbaycanda ilk dəfədi keçirilir. Ayrı bir stadiona salmaq düzgün olmazdı. Nəticədə, arenaya 33 min azarkeş gəldi. İkinci ən böyük arenamız olan Tofiq Bəhramov adına Respublika stadionu ot örtüyünə görə təmirə bağlanılmışdı. Əlavə olaraq, bütün dünyaya göstərdik ki, belə nəhəng arenamız var. Bundan başqa, biz 2020-ci ildəki Avropa çempionatını keçirməyi düşünürük. Stadiondan maksimum istifadə etmək lazımdı. 
– Ölkə klublarının Avropa çempionatına belə biganə münasibəti sizi təəccübləndirirmi?
– Ad çəkmək istəmirəm. Bəzi klubların məşqçiləri oyunları izləməyə gəlir. Təbii ki, istərdim bütün klubların məşqçiləri oyunları izləsinlər. Bəzi komandalar uşaq futbolçularını oyunlara gətirirlər ki, bu da müsbət haldı. Bu təcrübədən yararlanmaq lazımdı.
– Bəs, ölkə mətbuatının sözügedən yarışa biganə yanaşnasına necə münasibət göstərirsiniz?
– Mən belə olduğunu düşünmürəm. Nəyə görə?
– Azərbaycanda 40-dan çox idmandan yazan sayt var, amma bu gün burada olanlar 6-7 saytın əməkdaşlarıdı. Bəzən də bu rəqəm 1-2 də ola bilir…
– Təbii ki, monitorinq aparırıq. Bizdə artıq bununla bağlı siyahı da var. Kimləri oyunlarda görüblər, kimləri görməyiblər – bu, bizə məlumdu.
– Monitorinqin nəticəsi sizi qane edir?
– Bəzi oyunlarda razı qalıram. Bunu qrup mərhələsində də gördük. İndi sizi görürəm. Amma bu barədə mənə məlumat veriləcək.
– Təbriz Həsənov açıqlamasında qeyd etmişdi ki, U-17 liqasında çıxış edən futbolçulardan Azərbaycan millisində oynayacaq səviyyədə oyunçu yoxdu. Bunun nəticəsi kimi Portuqaliya qarşısına 5 legionerlə çıxmışdıq. Bizə daha neçə legioner lazım idi ki, hesab 0:5 yox, bir qədər az olsun?
– Siz sualı düzgün qoymursunuz axı! Buna legioner deməyək. Legioner odu ki, xaricdən gəlib daxili çempionatda çıxış edir.
– Azərbaycanla bağlılıqları olmadıqları üçün biz onları "legioner" adlandırırıq…
– Görəsən, Almaniya mətbuatında onların qələbə topunu vuran Renat Dadaşov haqqında "legioner futbolçu" yazacaqlarmı? Təəssüflər olsun ki, Ramil Şeydayevi tənqid etmirsiniz. Ayaz Quliyevdən, Renat Dadaşovdan yazmırsız. İnsanda vətənpərvərlik hissləri olmalıdı. O insanın ki, Azərbaycana birbaşa və ya dolayı yolla bağlılığı varsa, futbolçuya legioner adı qoyursunuz.
– Onda Maksim Medvedevi də qovaq Azərbaycandan…
– Niyə ki?
– Rusdu axı… Amma başa düşürük ki, Azərbaycanda yaşayıb. Bəs Renat Dadaşov harada yaşayır?
– Onun iki seçim imkanı olub da. Medvedev də seçimini Azərbaycanın lehinə edib. Yaxşı, bəs Rüfət Dadaşov?
– Rüfətin seçim imkanı olmayıb axı…
– Mən hesab edirəm ki, türk vətəndaşı olan futbolçuya seçim şansı verilir. O da seçimini bizim millinin xeyrinə edir, bu zaman futbolçu milliləşdirilir. Siz 0:5 hesablı məğlubiyyəti qeyd edirsiniz. Tarixdə faktlar qalır.
– Avropa çempionatında vəsiqə qazana bilməyən Türkiyə yığmasına lazım olmayan futbolçular nə dərəcədə eyni yarışda iştirak edən Azrbaycana fayda verə bilər?
– Məşqçilər Komitəsi ilə görüşümüz olub. Onlar mənə açıq bildirdilər ki, heyətə cəlb olunanlardan iki futbolçu gələcəkdə U-19 və U-21 millimizə namizəddir.
– Deməli, qalan 4-ü "brak" çıxıb?
– "Brak" deməzdim. Elə sizdən qabaq almanlarn idman direktoru ilə görüşdüm. Bilirsiz milli komandaya neçə nəfər namizəd var? 12 min futbolçu!
– Onda belə çıxır ki, bizdə uşaq futbolu yoxdu…
– Şotlandiya millisinin qapısına qol vuran Fərid Nəbiyev gözəl nümunədi. Yəqin ki, AFFA-nın saytına siz də baxırsınız. "Danone" kubokunda üzə çıxıb. O zaman Aqstafa təmsilçisində çıxış edirdi. 7 il ərzində bu qədər yol keçib, milli komandaya qədər gəlibsə, deməli, nəsə düzgün işlər görə bilirik. Klublar da düzgün iş görür. Bu uşağı da "Qəbələ" seçib axı! Təbriz müəllimin də seçim imkanı olsaydı, inanmıram ki, gedib Türkiyədən futbolçu seçərdi.
– Amma gəlin razılaşaq ki, onların milliyə cəlb edilməsində yubanma oldu…
– Bunu 8-9 ay öncə etmək lazım idi. Amma hesab etmirəm ki, bu, Portuqaliya ilə oyunda həlledici oldu. Bu, digər oyunlarda öz sözünü dedi.
– Daha bir incə məqam ondan ibarətdi ki, futbolçu təlim-məşq toplanışna aparılır, hazırlıq keçir, milliləşdirilmiş oyunçunun gəlişi ilə özümüzünkünə qapı göstərilir. Psixoloji baxımdan bu, həmin oyunçulara böyük zərbədi! 
– Digər tərəfdən də rəqabətdi. İnsan hər zaman rəqabəti hiss edir.
– Razılaşırsız ki, Avropa çempionatının təbliğat kampaniyası zəif aparıldı və buna görə də azarkeşləri sayı azdı?
– Biz gücümüzü açılış matçına qoymuşduq. Daha sonra bağlanış matçında gücümüzü ortaya qoyacağıq. Bu, insanların futbola olan sevgisindən irəli gəlir. Mən də bura istirahət üçün gəlirəm. Gözəl hava, gözəl meydan, gözəl oyun – fikrimcə, istirahət üçün bunlar yetərlidi.
– Yəni, hesab edirsiniz ki, təbliğat kampaniyası normal aparılıb?
– Biz sonunda UEFA ilə də müzakirə aparacağıq. Avropa çempionatının bir mənfi tərəfi var ki, final mərhələsinin püşkatması yarışdan 25 gün öncə keçirilir. Bu zaman kəsiyində insanlar vaxtlarını planlaşdırmaqda çətinlik çəkirlər. Elə etmək lazımdı ki, proqramlar 2-3 ay öncədən bəlli olsun. Çünki maraqlı qarşılaşmalar olur. Məsələn, İtaliya – İspaniya matçı əsl futbol idi. Biz bunu əvvəlcədən bilsəydik, gücümüzün böyük hissəsini belə qarşılaşmalara qoyardıq.
– Necə etmək olar ki, insanlar stadiona futbolu sevdiklərinə görə gəlsin, nəinki hansısa güc hesabına. Misal üçün Azərbaycan – Şotlandiya matçına İdman Akademiyasının tələbələri cəlb olunmuşdu. Dekanlardan biri də davamiyyətin yoxlanılmasını akademiyada aparmaq əvəzinə, "Bakcell Arena"nın önündə edirdi…
– Bunu ilk dəfə sizdən eşidirəm.
– Bəlkə sizi aldadırlar?
– Yox. Məni niyə aldatsınlar ki? İnanın ki, bunu bilmirdim. Mənə son dəqiqədə zəng vurdular ki, 242 nömrəli orta məktəbin uşaqları gəlmək istəyir. Biz də bilet göndərdik, gəldilər. 
– Yarışa görə AFFA bilet satışından nə qədər qazanc əldə edəcək?
– İnanmıram ki, böyük bir məbləğ olsun. Qazanc maksimum 20-30 min manat olar. Amma klublara pulsuz bilet göndərmişik ki, uşaq komandalar oyunlara gəlib baxsınlar.
– Millimizdə "lipa" var?
– 99 faiz əminəm ki, yoxdu. Çünki həmin uşaqlar 2009-cü ildən liqalarda iştirak ediblər. 2009-cü ildə onların 9 yaşı vardı.
– Həmin uşaqların da 6 yaşı olanda futbolun inkişafına dair dövlər proqramı imzalanmışdı…
– Yəqin ki, Fərid Nəbiyevi deyirsiz də…
– Bir güllə bahar olmur axı… Fərid təsəllidirmi?
– Biz araşdırmanı davam etdiririk. 
– Proqram bitib artıq…
– Siz nə gözləyirdiniz ki? Proqram bitsin, dünya çempionu olaq? 
– Açılış matçını izləyənlər arasında ölkə başçısı da var idi. İlk hissədə hesab 0:3 olanda artıq arenanı tərk etmişdi. Bu, yəqin ki, sizi də məyus etdi?
– Bizi məyus edən ilk məqam komandanın uduzması idi. Biz də insanların, cənab prezidentin yanında məyus olmaq istəməzdik. Bütün işləri siyasiləşdirməyə çalışırsız. Nəzərə alaq ki, bu, idmandı.
– Demək olarmı ki, Şotlandiya üzərində qazanılan qələbə Təbriz Həsənovun millidəki taleyini həll etdi?
– Komanda məqsədə çatmasa da, nəticə qənaətbəxşdi.
– Doğrudan da düşünürdünüz ki, o qrupdan çıxa biləcəyik?
– Məqsəd yalnız bu idi. Belçika ilə oyunda hakim millimizin penaltisini versəydi, qələbə qazanıb xalımızı 6-ya yüksəldə bilərdik.
– Sonda da Portuqaliya Belçikaya elə hesabla uduzacaqdı ki, nəticədə yenə qrupda qalacaqdıq…
– Danışılmış oyun? Bu barədə nəsə deyə deyə bilmərəm. Düzü, buna inanmıram.
– Niyə təəccüblənirsiz ki? Danışılmış oyun futbolun sinonimidir də…
– Bu yaşda, bunlardan belə şeylər gözləmək… UEFA bütün oyunları izləyir…
– "Şərurspor"u da biz izləyirik…
…..(susur)
– Yəqin ki, vəziyyətin nə qədər bərbad olduğundan xəbərdarsınız?
– Biz ilk növbədə Premyer Liqanı düzəldək, stabil 10 komanda yaradaq. Oturub düşünməyək ki, çempionatın ortasında hansısa klubda maliyyə problemi yaranacaq.
– "Neftçala" Premyer Liqada çıxış edəcək?
– Klub ikinci dəfə çempion olur. Elitada oynamağa layiqdi. Amma lisenziya məsələsi həll edilməlidi.
– Həm də çalada neft olmalıdı…
– Keçən il də İcariyyə Komitəsi qərar qəbul elədi ki, maliyyə problemi olmamlıdı. Komandanın baş məşqçisi Kamal Quliyevlə də söhbətimdə "Sənədləri düzəldin, gəlin" demişəm.
– O da deyir ki, "Elxan müəllim bizə söz verib"…
– Mətbuata mənimlə görüşdüyünü deyib. Açığı, onunla sonuncu dəfə keçən il görüşmüşəm.
– Yəqin ki, o da ötənilki görüşü nəzərdə tutur…
– Hansı insana söz verə bilərəm ki? Kamal müəllim öz nümayəndəsi ilə gəlmişdi. Onlara prosesi başa salmışdıq. Hər şey qaydasında olsa, lisenziya verilməməyə səbəb olmayacaq.
– Bu dəfə başqa bir klubun büdcəsi artırılsa, ötənilki situasiya qeydə alına bilərmi?
– Bu, İcraiyə Komitəsinin qərarıdı. Mən nə deyə bilərəm ki? "Zirə" yaxşı oyun nümayiş etdirdi, ardınca da Premyer Liqada mükafatçılar sırasında yer alıb.
– Amma bu, idman prinsiplərinə ziddi!
– Yaxşı olar ki, siz Peşəkar Futbol Liqası ilə danışasınız. Yarışı PFL keçirir. Mən sizə necə cavab verim?
– Qarşıda millimizin Avstriyada təlim-məşq toplanışı var. Qarşılaşacağımız rəqiblər haqqında nə deyə bilərsiniz?
– Maraqlı rəqiblərlə qarşılaşacağıq. Kanada ilə ilk dəfə qarşılaşacağıq. Prosineçki üçün futbolçuları yoxlamağa görə yaxşı fürsətdi. 
– Prosineçki bizi təəccübləndirdi. Amil Yunanovla bağla sualın cavabında "Sumqayıt" nə gündədi ki, ordan futbolçu çağırım" dedi. Nəzərə alaq ki, Ağabala Ramazanov da "kimyaçılar"da çıxış edir. Dedi ki, Yunanovun səviyyəsi aşağıdı. Statistikasına baxsaq, hansı komandalara qol vurduğunu görə bilərik. Burada nəyin prinsipi gedir?
– Düzü, inanmıram ki, söhbət prinsipdən getsin. Yəqin ki, ondan daha da yaxşı oyun gözləyir. Amma mən yaxşı çıxış etdiyini düşünürəm.
– Kamran Ağayev son günlərdə qalmaqalla yadda qalır. Ola bilərmi ki, restoranda etdiyi davaya görə milliyə cəlb edilməsin?
– Bununla bağlı klub rəhbərliyi araşdırma aparır. Təbii ki, araşdırmanın nəticəsindən bizim də xəbərimiz olacaq. Gəlin, məsələ rəsmiləşdəndən sonra bu haqda danışaq. Futbola dəxli olmayan səbəbə görə kimisə milliyə dəvət etməmək bir az qlobal məsələdi. Məsələ ilə bağlı Məşqçilər Komitəsi ilə də danışacağıq.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Ölkə futbolu2024-04-15 14:03

“Səbail”də islahatlar olacaq

blank
Milli komanda2024-04-15 13:48

İspaniyada oynayan 8 azərbaycanlı futbolçu milliyə çağırıldı

blank
Ölkə futbolu2024-04-15 13:31

Heydər Əliyev Fondu Vadim Vasilyevin müalicəsini öz üzərinə götürdü

blank
Digər idman növləri2024-04-15 13:14

Azərbaycan cüdoçularından Avropa Kubokunda 2 medal

blank
Ölkə futbolu2024-04-15 12:59

Azərbaycanın ev sahibi olacağı mötəbər tədbir bu stadionda keçiriləcək

blank
Digər idman növləri2024-04-15 12:44

Litvalı atlet 38 illik rekordu yenilədi

blank
Digər idman növləri2024-04-15 12:29

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 7 qızıl medal

blank
Digər idman növləri2024-04-15 12:11

Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib

blank
Digər2024-04-15 11:54

WADA 19 apreli dünyada Ədalətli İdman Günü elan edib

blank
Digər idman növləri2024-04-15 11:39

MBA-da çempionat bitdi, bütün cütlüklər məlum oldu

blank
Ölkə futbolu2024-04-15 11:29

“Qarabağ”ın seriyası qırıldı, avrokubok mübarizəsi qızışdı

blank
Dünya futbolu2024-04-15 11:20

Çempionluq görüşündə ilk het-trik

blank
Dünya futbolu2024-04-15 11:03

“Liverpul” üçün uğursuz seriya

blank
Ölkə futbolu2024-04-15 10:48

Rahil cəzalandı, komandası qalib gəldi

blank
Digər idman növləri2024-04-15 10:34

Abasovun növbəti sınağı

blank
Ölkə futbolu2024-04-15 10:17

“Qarabağ” üçün daha iki potensial rəqib

blank
Ölkə futbolu2024-04-15 10:03

Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm