Milli komanda
“Azərbaycanla oyunda futbolçularımdan nəticə və yaxşı oyun tələb edəcəm”
“Azərbaycan və İranla keçirəcəyimiz matçlarda…
“Azərbaycan və İranla keçirəcəyimiz matçlarda hədəfimiz bəllidi. Həm yaxşı nəticə qazanmalı, həm də yaxşı oyun göstərməliyik”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Makedoniya millisinin baş məşqçisi İqor Anqelovski deyib.
Mayın 29-da Azərbaycan, iyunun 2-də İranla qarşılaşacaq balkanlıların çalışdırıcısı bu matçlarla bağlı müsahibə verib.
Qarşıdakı görüşlər üçün 21 nəfərlik heyəti açıqladıqdan sonra həmkarlarımızın suallarını cavablandıran Anqelovski yığmamıza bələd olduğunu bildirib: “Futbolçularımdan da nəticə və yaxşı oyun tələb edəcəm. Ümid edirəm ki, qurduğum sistemlə bunu bacaracağıq. Komandaya gənclər cəlb etmişəm. Bu, o demək deyil ki, dərhal nəticə olacaq. Hələ komandamızı tam formalaşdırmaq üçün vaxt lazımdı. Yığmamız o səviyyədə deyil ki, hansısa rəqibi düzgün qiymətləndirməsin. Azərbaycan millisinə yaxşı bələdəm. Bu komanda əsasən “Qarabağ”ın futbolçularından təşkil olunub. Həmin klub isə Avropa Liqasının qrupunda çıxış edib. Yığmanın baş məşqçisi xorvatiyalı Robert Prosineçkidi. Onlar FİFA reytinqində də bizdən yuxarı pillədədi. Buna baxmayaraq, ümid edirəm ki, uğursuz seriyamızı qıra biləcəyik”.
Qeyd edək ki, Azərbaycan – Makedoniya oyunu Avstriyanın Şvadorf şəhərində keçiriləcək. (Apasport)
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-16 17:02
Lunyovun meneceri: “Qarabağ”dan təklif gözləyirik”