Milli komanda
Andorra millisinin baş məşqçisi yığmamızla heç-heçəni şərh etdi
“Azərbaycanla oyunun ilk hissəsi çox gərgin keç…
“Azərbaycanla oyunun ilk hissəsi çox gərgin keçdi. Rəqibimiz iki aşkar qol imkanı əldə etsə də, bunlardan yararlana bilmədi”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Andorra millisinin baş məşqçisi Koldo Alvares deyib.
O, Azərbaycan yığması ilə Avstriyada keçirilən yoxlama oyunu haqda fikirlərini bildirib: “Oyunun axarını dəyişmək üçün taktiki dəyişiklik etməyi zəruri saydım. 4-4-2 taktiki sxemini 4-1-4-1-ə dəyişdim. Bu da komanda oyununda daha yaxşı anlaşma və hücumda şans qazanmaq imkanı verdi. Biz çox yaxşı çalışdıq. Bunun nəticəsində çox yaxşı imkanlar əldə etdik. Sadəcə onları sonluğa çatdıra bilmədik. Şans verdiyim debütantların oyunundan razı qaldım. Onlar elə ilk matçdan özlərini yaxşı tərəfdən göstərə bildilər”.
Qeyd edək ki, Azərbaycan – Andorra matçı 0:0 hesabı ilə başa çatıb.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?