Milli komanda
Prosineçkinin bəyəndiyi debütant kimdi?
Azərbaycan milli komandalarının planlarında dəyişiklik olub. Fut…
Azərbaycan milli komandalarının planlarında dəyişiklik olub. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, mayın 23-dən Avstriyada təlim-məşq toplanışında olan əsas yığmanın düşərgəsində olan 3 oyunçunun Bad Erlax şəhərini tərk edib, U-21-ə qoşulması ilə bağlı plan tam baş tutmayıb.
Belə ki, Sloveniyada hazırlıq keçən gənclər millisinə 3 deyil, 2 oyunçu qoşulub. Bunlar Adil Nağıyevlə Vüqar Mustafayevdi. U-21-ə yollanmalı olan 3-cü oyunçu – Budaq Nəsirov isə Avstriyada qalıb.
Buna səbəb əsas komandanın baş məşqçisi Robert Prosineçkinin onu heyətdə saxlamağa qərar verməsidi. Andorra ilə yoxlama oyununda (0:0) hər üç gəncə debüt imkanı yaradan xorvatiyalı Nağıyevi bəyəndiyindən belə addım atıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”