Dünya futbolu
Superliqada yeni ad
Türkiyə Super Liqasına sonuncu vəsiqə uğrunda pley-off oyunu…
Türkiyə Super Liqasına sonuncu vəsiqə uğrunda pley-off oyunu keçirilib. Futbolinfo.az xəbər verir ki, həlledici matçda "Alanyaspor”la "Adana Dəmirspor” qarşılaşıb.
Matçın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Əlavə artırılmış dəqiqələrdə hesab dəyişməyincə, şanslı tərəfin adının penaltilər seriyasında müəyyənləşdirmək mümkün olub.
“Lotoreya”da bəxti gətirən isə "Alanyaspor” olub. Komanda tarixi ərzində ilk dəfə Super Liqaya yüksəlməyi bacarıb.
Qeyd edək ki, "Alanyaspor”dan öncə "Adanaspor” və "Karabükspor” komandaları da Super Liqaya vəsiqə qazanmışdı.