Bizi izləyin

Premyer-liqa

Mövsümün yekunları – III YAZI: Kimlərə qaldı dünya?

Ölkə çempionatının yekunlarına dair silsilə yazılar?…

blank

Ölkə çempionatının yekunlarına dair silsilə yazılarımızın 3-cü pərdəsi cari mövsümdə parlayan simalara həsr olunur. Komanda-komanda səyahətə çıxıb, mövsüm ərzində özünü müsbət tərəfdən göstərən futbolçuları dəyərləndirəcəyik.

“Qarabağ”
Mövsümün əvvəlində sıralarına xeyli yeni oyunçu qatan Ağdam təmsilçisinin heyətində 3 futbolçu özünü göstərə bildi. Ölkə çempionu perspektivli Mahir Mədətovla yanaşı, Miçel Madeyra və Dani Kintananın timsalında oyununa rəng qatdı. Əlbəttə, Mədətovun üzə çıxması daha çox sevindirir. Amma hücumçunun “Qarabağ”da üzə çıxmasının başlıca iki səbəbi olduğunu unutmamalıyıq: Qurban Qurbanovun gənc futbolçulara güvənməsi və Mədətovun Riçard Almeyda, Reynaldo Silva, Dani Kintana kimi usta yarımmüdafiəçilərin əhatəsində olması. 

Ölkə çempionunun ispanlarına gəlincə, Dani ilk turlardan fərdi keyfiyyətlərini göstərməyə çalışıb, 10-12 matçdan sonra əsl bacarığını ortaya qoya bildisə, Miçel bir qədər yubandı. Amma həmişə səbrli davranışı ilə seçilən Qurban Qurbanov inadkarlıqla ona etimad göstərdi. Nəticədə, indi “Qarabağ”ı bu yarımmüdafiəçisiz təsəvvür etmək mümkün deyil!

“Zirə”
Ölkə çempionatının debütantı və gümüş mükafatçısının heyətində daha çox Nelson Bonilya və Tato adlarından söz etdirə bildi. Yerlilərə gəlincə, Nicat Qurbanovun parladığını qeyd edə bilərik. Adil Şükürovun yerli yetirmələri arasında bir də Adil Nağıyevin müdafiə xəttində nisbətən inamlı oyununu qeyd etmək mümkündü. Təsadüfi deyil ki, bu müdafiəçi millimizin baş məşqçisi Robert Prosineçkinin də diqqətini çəkdi və hazırda o, əsas komanda ilə birlikdə Avstriya toplanışında iştirak edir.

“Qəbələ”
Çempionatın ən qeyri-sabit komandasında müxtəlif oyunlarda fərqli futbolçular nəzərə çarpdı. Ancaq meydanda olduğu oyunların heç olmasa yarısında seçilən futbolçu baxımından kimisə qeyd etmək müşkül məsələdi. Yerlilərdən az-çox gənc Elvin Camalov pis təsir bağışlamırdı. Əcnəbilərə gəlincə, komandanın lideri funksiyasını yerinə yetirən Aleksey Qayı və çərçivədə Dmitri Bezotosnını qeyd edə bilərik.

“İnter”
Uzun illərdən sonra medalsız qalan “bankirlər”in döyünən ürəyi funksiyasını 23 yaşlı Nika Kvekveskiri yerinə yetirdi. Gürcü yarımmüdafiəçinin əla zərbələrə sahib olması ilə yanaşı, komanda yoldaşlarına verdiyi əsrarəngiz ötürmələr də göz oxşadı. Komandanın büdcəsinin kəskin azaldılması fayda da verdi. Fuad Bayramov, Mirsahib Abbasov, Sertan Taşkının Zaur Svanadzenin güvəndiyi simalara çevrilməsi, “İnter”in ümumiyyətlə, “əcnəbi klub” imicini dəyişməsindən xəbər verir. Özü də “bankirlər”in əsas öyünməli nöqtəsi hər 3 futbolçunun öz yetirmələri olmasıdı.

“Kəpəz”
Gəncə təmsilçisində ilk növbədə ölkə futboluna qaytarılan Namiq Ələsgərovun adını çəkməliyik. “Qarabağ”a məxsus istedadlı yarımmüdafiəçi ağır zədədən sonra yenidən formasını bərpa etdi. Bunda heç şübhəsiz ki, təcrübəli Şahin Diniyevin böyük rolu oldu. Dario Federiko komandanın lideri olsa da, aldığı zədə mövsümün sonunadək “Kəpəz”dən ayrı düşməsini şərtləndirdi. Gəncəlilərin kapitanı Tural Axundov da əksər oyunlarda xoş təsir bağışladı.

“Neftçi” 
Cari mövsümdə “ağ-qaralar” titulsuz qalsalar da, öyünüləsi əsas faktor heyətdə xeyli yerli gəncin üzə çıxmasıdı. Rahil Məmmədov, Rəhman Hacıyev, Məqsəd İsayev kimi futbolçular yaxın perspektivdə adlarından söz etdirə biləcəklərini ortaya qoydular. Adını çəkəcəyimiz son oyunçu isə, nəinki “Neftçi”nin, ümimiyyətlə, Azərbaycan futbolunun ən parlaq simalarından biri olacağını ortaya qoydu. Söhbət  Elşən Abdullayevdən gedir. 22 yaşlı solaxay yarımmüdafiəçinin bir suyu Riçard Almeydanı xatırladır: komanda yoldaşlarına kəskin ötürmə vermək bacarığı və driblinqlərdə təhlükəli olması braziliyalıyla parallel aparmağa əsas verir. Ancaq böyük futbolçu olmaq üçün başlıca şərti unutmasa: “Ağac bar vedikcə, başını aşağı salar”. Söhbətin nədən getdiyini səbəbkar yəqin ki, başa düşdü. Düşmədisə, “Neftçi” rəsmilərinə bu sətirlərin açmasını ona izah etməsini tövsiyə edirik.

AZAL
“Təyyarəçilər”in 36 oyunda 38 qol buraxması və bu göstəricidə daha üst pillələrdə qərarlaşmış “Kəpəz”lə “Neftçi”ni arxada qoymasının başlıca səbəbkarı Stanislav Namaşkodu. Oktyabrda 30 yaşını qeyd edəcək moldovalı əlcək sahibinin yerində, məsələn, “Qəbələ”nin “fitri istedad”ı Andrey Popoviç olsaydı, Tərlan Əhmədov yəqin ki, çoxdan “istefa verirəm” deyərdi.

Təəssüf ki, adından söz etdirən digər futbolçular haqda söz aça bilmirik. Ortabab oyunçulardan ibarət kollektivin turnir cədvəlində tutduğu yer də dediklərimizin bariz nümunəsidi.

“Sumqayıt”
“Gənclik şəhəri” təmsilçisinin cari mövsüm ölkə futboluna qazandırdığı yeganə isim Amil Yunanov oldu. 23 yaşlı forvard çempionatın startında kölgədə qalsa da, Samir Abasovun baş məşqçi postuna təyinatından sonra adından söz etdirməyi bacardı. Doğrudu, qış fasiləsindən sonra keçirilən ilk oyunlarda Yunanov yenə də itib-batmışdı. Lakin finiş xətti yaxınlaşdıqca hücumçu yenidən adından söz etdirməyi bacardı. Uzun müddət onu millidə görmək istəməyən, buna görə hətta tənqidlərə məruz qalan Robert Prosineçki də nəhayət, "ətəyindəki daşı yerə töküb", onu milliyə çağırmağa məcbur oldu.

“Rəvan” 
Meşədə bəzən elə bir şirin meyvəyə rast gəlirsən ki, təəccübünü gozlədə bilmirsən. Axı, bu ağaca qulluq edən olmayıb. Çarəsiz qalıb “Allah, şükür möcüzənə” deyib, doyunca həmin meyvədən yeyirsən. “Rəvan”da klub adına heç nə olmasa da, Rəşad Əzizli həmin meşədə bitən meyvə kimi üzə çıxıb. İndi növbə klublarındı: gənc qolkiperə sahib çıxmaq və onu ölkə futboluna qazandırmaq lazımdı. Əlbəttə, Əzizlinin Azərbaycan futbolunun “şəkərli diabet”inə tutulmamaq şərti ilə…

“Xəzər Lənkəran”
Belə bir deyim var: “Rəhmətə gedən haqda, ya yaxşı söz danış, ya ümumiyyətlə, heç nə demə”. Biz də ikinci variantı seçdik.

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-22 18:01

“Borussiya” keçmiş əməkdaşını geri qaytardı

blank
Digər2024-04-22 17:48

Bakının namizədliyi irəli sürüldü – 2026-cı ildə dünyanın “İdman Paytaxtı” olmaq üçün

blank
Dünya futbolu2024-04-22 17:35

“Real”ın qələbəsini ulduzlar da qeyd etdi

blank
Ölkə futbolu2024-04-22 17:17

“Çox səhvlər etdik”

blank
Dünya futbolu2024-04-22 17:00

Millimizin üzvü “Dinamo”ya qarşı oynadı

blank
Dünya futbolu2024-04-22 16:46

Vinisius “el klasiko”larda ən çox qol vuran braziliyalı futbolçu oldu

blank
Digər idman növləri2024-04-22 16:30

Basketbol Liqasında müntəzəm mövsümün son turunun proqramı açıqlandı

blank
Dünya futbolu2024-04-22 16:14

“Real”ın futbolçusu “el klasiko”nun tarixinə düşdü

blank
Digər idman növləri2024-04-22 15:59

Azərbaycan millisi Avropa Kubokunda dördüncü oldu

blank
Digər idman növləri2024-04-22 15:45

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-22 15:30

Azərbaycan stolüstü tennisçiləri beynəlxalq yarışlara qatılacaqlar

blank
Digər idman növləri2024-04-22 15:16

MBA ilin nominantlarını açıqladı

blank
Digər idman növləri2024-04-22 15:00

MHL-də 1970-ci ildən bəri bir ilk

blank
Digər idman növləri2024-04-22 14:45

Şahmatda yeni dünya rekordu

blank
Dünya futbolu2024-04-22 14:31

Məşhur yapon Kurtua ilə bir yerdə oyun izlədi

blank
Digər idman növləri2024-04-22 14:17

Rıbakinanın uğuruna Tokayev də biganə qalmadı

blank
Ölkə futbolu2024-04-22 14:01

Yarımfinal oyunları canlı yayımlanacaq

blank
Digər idman növləri2024-04-22 13:53

ATP reytinqində ciddi dəyişiklik olmadı

blank
Milli komanda2024-04-22 13:46

Fişer: “AFFA-dan təklif almamışam”

blank
Premyer-liqa2024-04-22 13:32

Rekordun bir addımlığında

blank
Milli komanda2024-04-22 13:16

Millimizin yekun heyəti açıqlandı

blank
Premyer-liqa2024-04-22 13:03

Tovuzda ilk darmadağın

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm