Ölkə futbolu
“Qəbələ”nin hansı ölkədə toplanış keçəcəyi dəqiqləşdi
“Qəbələ”nin yay təlim-məşq toplanışı ü&ccedi…
“Qəbələ”nin yay təlim-məşq toplanışı üçün hansı ölkəyə yollanacağına aydınlıq gəlib. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, Gürcüstan və Türkiyə arasında seçim aparan “qırmızı-qaralar” birinci variantı üstün tutublar.
Bu məqsədlə “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı tezliklə qonşu ölkəyə yola düşəcək.
Roman Qriqorçukun komandası əvvəldən məlum olduğu kimi, iyunun 10-da toplaşacaq. Ayın 18-dək Bakıda hazırlıq keçəcək bölgə təmsilçisi daha sonra Gürcüstana yollanacaq. “Qəbələ” hazırlığın ikinci mərhələsini Tbilisidə keçirəcək.
Qonşu ölkədə 2 yoxlama görüşü keçirməyi planlaşdıran “qırmızı-qaralar”ın sparrinq rəqibləri hələ bəlli deyil.
Qeyd edək ki, “Qəbələ” Topaz Premyer Liqasının 2015-2016 mövsümünü 3-cü pillədə başa çatdırıb.