Ölkə futbolu
“Xəzər Lənkəran”ın üzvü 3 klubdan təklif alıb
Fəaliyyətini dayandıran “Xəzər Lənkəran”dan ayrıla…
Fəaliyyətini dayandıran “Xəzər Lənkəran”dan ayrılan futbolçular bir-bir özlərinə yeni komanda tapırlar. Futbolinfo.az xəbər verir ki, ən çox maraq doğuran cənub klubunun tapıntısı İbrahim Qədirzadənin gələcək taleyidi.
Ötən ay ölkəmizdə təşkil edilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında Azərbaycan millisinin formasını geyinən yarımmüdafiəçi klubsuz qalmayacaq. Hazırda azad agent statusuna malik olan Qədirzadə Premyer Liqanın 3 klubundan təklif alıb.
Məlumatı "Apasport"a açıqlamasında gənc oyunçu özü də təsdiqləyib: “AZAL, “Sumqayıt” və “Qəbələ”dən təklif almışam. Amma karyeramı harda davam etdirəcəyimi hələ müəyyənləşdirməmişəm. Bakıya gəlib menecerimlə görüşəcəm, ondan sonra bir qərara gələcəyik”.
Qeyd edək ki, İbrahim Qədirzadə ötən mövsüm Premyer Liqada 17 oyun keçirib, 1 qola imza atıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın
- Ölkə futbolu2024-04-29 14:17
II Liqada 23-cü turun təyinatları müəyyənləşdi