Ölkə futbolu
“Neftçi” yenə eyni məkanda
Bu il ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neft&cce…
Bu il ölkəmizi Avropa Liqasında təmsil edəcək "Neftçi"nin ev oyunlarını harada keçirəcəyi məlum olub. Futbolinfo.az xəbər verir ki, bakılılar ilk mərhələdəki rəqibini 11 min nəfər tamaşaçı tutumuna malik doğma "Bakcell Arena"da qəbul edəcək.
İyunun 20-də atılacaq püşkatama mərasimindən sonra "ağ-qaralar"ın sözügedən staionda nə vaxt oyuna çıxacağı bəlli olacaq. 1-ci təsnifat mərhələsinin ilk oyunları iyunun 30-da, cavab qarşılaşması isə iyulun 7-də keçiriləcək.
Qeyd edək ki, "Neftçi" ötən mövsüm də avrokuboklardakı ev oyununu məhz "Bakcell Arena"da keçirib.