Milli komanda
Conni Evans: "Azərbaycan ilə oyunda başımı itirmişdim"
Şimali İrlandiya millisinin müdafiəçisi Conni Evans D&C…
Şimali İrlandiya millisinin müdafiəçisi Conni Evans DÇ-2014-ün seçmə mərhələsində qarşılaşdıqları Azərbaycanla oyun haqda danışıb. Futbolinfo.az xəbər verir ki, "Mançester Yunayted"in futbolçusu ölkəsinin mətbuatına açıqlamasında Bakıdakı görüşdə başını itirdiyini bildirib:
"Yığma komanda ilə bir sıra qələbələrim və uğursuzluqlarım olub. Bunlar da şəxsən mənə pis təsir edib. Məsələn, Azərbaycanla Bakıdakı oyunu qeyd edə bilərəm. Həmin görüşdə başımı itirmişdim və oyunun sonlarında meydandan qovuldum. Bu mənə çox pis təsir etmişdi. Lakin baş məşqçimiz Maykl О’Nil yığmada peşəkar səviyyədə böyük dəyişikliklər etdi. Nəticədə AÇ-2016-nın final mərhələsinə vəsiqə qazandıq. Biz Fransaya vaxt keçirməyə yox, uğur qazanmağa gəlmişik".
Qeyd edək ki, 2013-cü ilin oktyabrında keçirilən Azərbaycan – Şimali İrlandiya oyunu 2:0 hesabı ilə millimizin xeyrinə başa çatıb. Yığmamız ikinci qolu məhz Evansın meydandan qovulmasında sonra cərimə zərbəsindən vurub.