Ölkə futbolu
İtaliya – İspaniya oyunu Cüneyt Çakıra tapşırıldı
AÇ-2016-nın 1/8 final mərhələsinin ən maraqla gözlən…
AÇ-2016-nın 1/8 final mərhələsinin ən maraqla gözlənilən İtaliya – İspaniya matçının hakimi müəyyənləşib. Futbolinfo.az saytının məlumatına görə, UEFA erkən final adlandırılan bu qarşılaşmanı Cüneyt Çakıra həvalə edib.
Türkiyəli referiyə Bahattin Duran və Tarık Ongün yardımçı olacaqlar. Hüseyin Göçək və Barış Şimşəkin əlavə köməkçi hakim funksiyanı yerinə yetirəcəyi oyunun dördüncü hakimi isə ingilis referi Martin Atkinson olacaq.
Çakır Avropa çempionatında bu vaxta qədər Portuqaliya – İslandiya (1-1) və Belçika – İrlandiya (3-0) görüşlərini idarə edib.
Qeyd edək ki, iyunun 27-də Parisdə keçiriləcək İtaliya – İspaniya matçı Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”