Ölkə futbolu
AZAL norveçli futbolçu ilə müqavilə bağlayır
Transfer dönəminin passiv komandalarından olan AZAL klubu hər?…
Transfer dönəminin passiv komandalarından olan AZAL klubu hərəkətə gəlib. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, “təyyarəçilər” baxışda olan bir əcnəbi oyunçu ilə bağlı qərar veriblər.
İyunun 25-dən təlim-məşq toplanışına yığışan paytaxt təmsilçisinin düşərgəsində norveçli yarımmüdafiəçi Vilyar Nordberq baxışa cəlb edilmişdi. Baş məşqçi Tərlan Əhmədov onunla bağlı artıq qərarını verib. Çalışdırıcı sağ cinah oyunçusu barədə müsbət rəy verib və onun komandada saxlanılmasını istəyib.
Hazırda klub rəhbərliyi müqavilə məsələsində futbolçu ilə danışıq aparır. Bunu əməkdaşımızla söhbətində AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov da təsdiqləyib.
Qeyd edək ki, Vilyar Nordberqin son komandası Norveç təmsilçisi “Yunkeren” olub.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?