Ölkə futbolu
"Kəpəz" uduzdu – FOTO
Bu oyuna yalnız bu cür sərlövhə yaraşır. Avropa Liqası…
Bu oyuna yalnız bu cür sərlövhə yaraşır. Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununu Mərdəkanda keçirməyə qərar verən Gəncə təmsilçisi start fiti səslənməmiş uduzdu. Oyunun başlamasına sayılı dəqiqələr qalmış tribunalarda "bayquş ulaşır".
Gəncədən gələn 500-700 fanat istisna olmaqla, oyuna maraq göstərən yoxdu. Maraqlıdı, klubun təbliğat kampaniyası niyə bu qədər zəif aparılıb ki, indi "Daçiya" ilə görüşə maraq göstərən yoxdu?! Əlbəttə, stadionun seçimi uğursuzdu və bu, danılmazdı. Amma daha bir məqam məhz təbliğatın olmaması ilə bağlıdı.
Azarkeş üstünlüyünü qazana bilmədik. Ümid edək ki, "Kəpəz" öz məzmunlu oyunu ilə stadiona gəlməyən fanatları peşman edəcək.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?