Ölkə futbolu
"Düdelanj" – "Qarabağ" matçının başlama saatı məlum oldu
"Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təs…
"Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Lüksemburq "Düdelanj"ı ilə cavab oyununun başlama saatı məlum olub. Futbolinfo.az xəbər verir ki, iyulun 20-də Lüksemburqda – "Yos Nosbaum" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında Bakıda keçirilmiş oyunda Ağdam klubu 2:0 hesabıyla qalib gəlmişdi.