Bizi izləyin

Müsahibə

Yusif Həsənov: "Səbail" Elxan Məmmədova məxsus deyil"

Bu gün "Bayıl Arena"da yeni yaradılan "Səbail&q…

blank

Bu gün "Bayıl Arena"da yeni yaradılan "Səbail" klubunun təqdimat mərasimi keçirildi.  Öncə, yeni mövsümdə I divizionda mübarizə aparacaq paytaxt təmsilçisinin Müşahidə Şurasının üzvləri media mənsublarına tanıdıldı. Daha sonra təqdimat mərasimindən əvvəl baş tutan iclasda klubun Müşahidə Şurasının sədri seçilən Yusif Həsənov jurnalistlərin suallarını cavablandırdı.

– Hamınızı salamlayıram, gəldiyiniz üçün təşəkkür edirəm. Öncə onu deyim ki, belə baxırsınız, Həsənov Yusif, Həsənov Təbriz, Həsənov Ramin – biz qohum deyilik (gülür). Bu gündən etibarən "Səbail" Futbol Klubu öz failiyyətinə başlayır. Müşahidə Şurasının üzvləri ilə  tanış oldunuz, bəzilərimizi öncədən tanıyırdınız. "Səbail" gələcəkdə böyük nailiyyətlər əldə edən bir klub olacaq.

– Press-relizdə qeyd olunub ki, klubun əsas məqsədi gənc oyunçuları üzə çıxarmaq, onlara oyun təcrübəsi qazandırmaq və milli komandaya hazırlamaqdı…
– Düz qeyd edirsiz, əsas istiqamətimiz budu. Böyük klublarımızda elə futbolçular var ki, onlar milli komandalara dəvət olunsalar da, məxsus olduqları klublarda oynamırlar. Biz həmin futbolçuları "Səbail"ə dəvət edirik. Hər kəsə şans verməyə hazırıq.

– Klub bank təminat məktubunu AFFA-ya təqdim edib? Bu baxımdan problem olmayacaq ki?
– Avqust ayında, klubun rəsmi saytının təqdimat mərasimində təsisçi, sponsor məsələləri ilə bağlı bütün suallara aydınlıq gətirəcəyik. PFL-lə danışıq aparırıq, hər bir sənəd öz qaydasında təqdim olunacaq. Son 2 mövsümdə "Fortuna" adlı komandanın sponsoru olmuşam. Əvvəlki "Səbail" klubunun bizə aidiyyatı yoxdu. AFFA-nın prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin iclasından sonra bildirdi ki, Bayılda "Səbail" klubu olmalıdı. Bundan sonra biz də öz təkifimizi irəli sürdük və bildirdik ki, bizə kömək edin, həmin klubu yaradaq, dirçəldək.

– Klubun yaranma tarixi 2016-cı il göstərilib. Bu isə o deməkdi ki, siz növbəti mövsüm Premyer Liqaya yüksəlsəz və Avropa Liqasına vəsiqə qazansaz, qitə miqyaslı turnirdə iştirak edə bilməyəcəksiz…
– Bilirsiz, hər nə qədər bunu arzulasam da, qısa zamanda belə bir şeyin baş verməsi bizim üçün inandırıcı deyil. İnanmıram ki, 3 il ərzində belə bir imkan olacaq.

– İlk mövsüm üçün klubun qarşısına hansı məqsəd qoyulub? Hansı yerlər uğrunda mübarizə aparacaqsız?
– Əsas məqsəd gənc oyunçuların yetişdirilməsidi. Komanda tam komplekləşəndən sonra konkret hədəf qoyulacaq. Çalışacağıq ki, Premyer Liqaya vəsiqə qazana biləcək bir komanda quraq.

– Klubun əsas komadası ilə yanaşı daha hansı komandaları olacaq?
– U-17 və çox güman ki, U-19 qızlar komandası olacaq. Digər yaş qrupları növbəti mövsümdə formalaşdırılacaq.

– Rövnəq Abdullayev müsahibəsində bildirib ki, növbəti mövsüm Premyer Liqaya 3 klub gələcək və bunlardan biri də "Səbail" klubu olacaq. Bu amil sizin işinizə mane olmur və ya arxayınlıq yaratmır ki?
– Biz məsələyə o cür yanaşmırıq ki, divizionda sonuncu olaq, sonra gedək Premyer Liqaya. Bu, mümkün olmayan işdi. Ən azı, siz media nümayəndələri buna imkan verməzsiz.

– Yalnız gənc oyunçulardan ibarət komanda üçün elitaya vəsqiə qazanmaq çətin olar. Yəqin ki, təcrübəli futbolçular da cəlb edəcəksiz…
– Sözsüz ki, ən azı 3-4 nəfər təcrübəli futbolçu götürəcəyik. Gərək təcrübəli də olsun ki, gənclər də onlardan öyrənsin.

– Artıq komandaya kimlərisə cəlb etmisiz?
– Danışıq apardıqlarımız var, rəsmiləşəndən sonra bildirəcəyik. 

– Klub rəhbəri kimi, 5-7 ildən sonra "Səbail"i necə görürsüz?
– Son 3 ildə uşaq futbolunda olmuşam. Bilirsiz ki, hər adam indiki durumda uşaq futboluna öz maliyyəsini daxil etməz. Gərək həmin adam futbolu istəyən biri olsun. Biz klubu gələcəkdə zirvədə görmək istəyirik və bunun üçün hər birimiz əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, "Səbail" fərqli klub olsun. Forma da gözəl ola bilər, avtobus da və s. Ancaq bizdən əsas nə tələb olunacaq? Futbol. Gözəl və baxımlı oyun.

– I divizionda bəzi qaranlıq məqamlar da var. Məsələn, oyun alqı-satqısı. Bu cür halların qarşısını almaq üçün öncədən hər hansı bir iş görəcəksiz?
– Sözsüz. Bu məsələ müqavilələrdə də qeyd olunacaq, fərdi söhbətlərdə də. Təbii ki, gecə-gündüz oyunçunun yanında ola bilmərik. Ancaq çalışacağıq ki, belə hallar olmasın. Özümüzə, rəhbərliyə gəlincə, bizim elə bir məqsədimiz olsaydı, bu cür kənc komanda yığmazdıq. Bizim öz ad-sanımız, hörmətimiz var. Hər bir kişinin adı puldan üstündü.

– Məşqçilər korpusunda kimlər yer alacaq?
– Qapıçılar üzrə məşqçi Faiq Əzizov olacaq. Digərləri bu həftə bilinəcək.

– Sizdən öncə ev oyunlarını "Bayıl Arena"da keçirən klublar azarkeşləri tribunalara cəlb edə bilməyiblər. Siz bu yöndə hansı işləri görməyi planlaşdırırsız?
– Azarkeşsiz futbol, futbol deyil. Bununla bağlı Ayaz və Tural müəllim layihələr edəcəklər. 

– "Səbail" klubunu AFFA-nın baş katibi Elxan Məmmədovla əlaqələndirirlər. Yəni, onun klubun qeyri-rəsmi sahibi olduğu söylənilir. Bu barədə nə deyə bilərsiz?
– Bu klubun Müşahidə Şurasının sədri kimi bildirirəm ki, "Səbail"in Elxan Məmmədova məxsus olması ilə bağlı heç bir məlumatım yoxdu. Belə bir şey olsaydı, ən azı mən bilərdim. Bu klub İctimai Birlikdi və bu cür də fəaliyyət göstərəcək.

– Lakin AFFA tərəfindən kluba dəstək var?
– Əlbəttə, stadion məsələsindən tutmuş, mütəxəssislərin tapılması baxımından böyük kömək göstərilir. Klubun qapıçı üzrə məşqçisini, həkimləri onlar verəcək. AFFA-nın bu məsələlərdə böyük təcrübəsi var. Bu işi birlikdə görəcəyik. Bir iş adamı kimi həmişə təcrübəli insanlarla məsləhətləşmişəm, bu dəfə də belə olacaq.

– Son illər Azərbaycanda futbola pul xərcləyən fərqli iş adamlarlı olub. Lakin kiçik zövqü nəzərə almasaq, heç nə əldə etməyiblər. Bu məsələ sizi qorxutmur ki?
– Açığı, indidən deməzdim ki, kluba pul xərcləyəcəm. Bu klub biznes-model kimi fəaliyyət göstərəcək. Çalışacağıq avopasayağı klub olsun, 2-3 ildən sonra qazanc gətirsin. Büdcə ilə bağlı da hər ilin sonunda hesabat veriləcək. 

ŞAMO QULİYEV

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 02:16

PSJ-dən təxirə salınmış oyunda darmadağın

blank
Dünya futbolu2024-04-25 01:52

Sonuncu finalçı bəlli oldu

blank
Dünya futbolu2024-04-25 01:13

“Mançester Yunayted” qalib gəldi, “Liverpul” uduzdu

blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm