Ölkə futbolu
Əliyer Ağayev pley-off oyununda
19 yaşadək futbolçular arasında Avropa çempionatında…
19 yaşadək futbolçular arasında Avropa çempionatında növbəti təyinatlar açıqlanıb. Futbolinfo.az xəbər verir ki, UEFA yarışın yarımfinal matçlarını idarə edəcək hakimləri müəyyənləşdirib.
Yarışdakı yeganə Azərbaycan təmsilçisi Əliyar Ağayev yarımfinallardan kənar qalsa da, UEFA ona da təyinat verib.
Belə ki, ənənəvi yarımfinallarla yanaşı, bu dəfə U-20-lər arası dünya çempionatının pley-off matçı da baş tutacaq. Qrup üçüncüləri qeyri-rəsmi 5-ci yer uğrunda oyunda gələn il baş tutacaq mundiala Avropadan 5-ci vəsiqənin sahibini müəyyənləşdirəcək.
Almaniya ilə Hollandiya arasında baş tutacaq qarşılaşmaya təyinat alan Ağayev görüşün dördüncü hakimi olacaq. Qrup mərhələsində iki dəfə baş, bir dəfə dördüncü olan həmyerlimiz yarışda 4-cü təyinatını alıb.
Qeyd edək ki, yarımfinal və pley-off matçları sabah baş tutacaq. Sandhauzendə keçiriləcək Almaniya – Hollandiya görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-16 08:00
Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”